Icma.az
close
up
RU
Pensiyaçılar üçün əlavə bonuslar verilə bilər

Pensiyaçılar üçün əlavə bonuslar verilə bilər

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaponiyada dövlət pensiya sistemi ilə yanaşı yaşlı əhali üçün əlavə sosial dəstək mexanizmlərinin mövcudluğu bu kateqoriyanın rifahının qorunmasına xidmət edir. Belə ki, müntəzəm pensiya ödənişlərinə əlavə olaraq sosial bonuslar, birdəfəlik yardımlar və kommunal xidmətlərdə güzəştlər tətbiq olunur. Bu yanaşmanın Azərbaycanda da tətbiq edilib-edilməyəcəyi müzakirə mövzusudur.

Bakıvaxtı.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, Azərbaycanda pensiyaçılara münasibətdə pensiya məbləğindən əlavə müəyyən sosial dəstək təcrübələri artıq mövcuddur. Onun sözlərinə görə, buna nümunə olaraq pensiyaçıların icbari tibbi sığorta haqlarının dövlət tərəfindən ödənilməsini göstərmək olar:

"İcbari tibbi sığorta mexanizmi pensiya sistemindən sonra formalaşıb. Əgər bu məsələ qanunvericilikdə əksini tapmasaydı, pensiyaçılar hər il təxminən 200 manat məbləğində sığorta haqqı ödəməli olacaqdılar. Hazırda isə bu yük dövlət tərəfindən qarşılanır".

İqtisadçı xatırladıb ki, 2022-ci ildə inflyasiya göstəricilərinin yüksək olması fonunda pensiyaların indeksləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilib və pensiyaçılara birdəfəlik əlavə dəstək göstərilib:

"Həmin il pensiyaçılara ümumilikdə 200 manat məbləğində - rüblər üzrə 50 manat olmaqla əlavə bonus verildi. Sonradan bu məbləğ pensiyanın əsas hissəsinə daxil edilərək indeksləşdirilmə yolu ilə artırılmağa davam etdirildi".

Rəşad Həsənovun sözlərinə görə, müxtəlif dövrlərdə pensiyaçılara birdəfəlik maddi yardımların verilməsi ilə bağlı da qərarlar qəbul olunub. Xüsusilə minimum pensiya alan, azgəlirli və tək yaşayan şəxslər üçün davamlı sosial dəstək mexanizmlərinin yaradılması mühüm çağırışdır:

"Şəhər yerlərində yaşayış xərcləri kifayət qədər yüksəkdir. Minimum pensiya məbləği ilə bu xərcləri qarşılamaq çətindir. Bu baxımdan davamlı bonuslar və maddi yardımlar ahıllıq dövründə insanların rifahının daha yüksək səviyyədə təmin olunmasına imkan yarada bilər".

Lakin iqtisadçı yaxın perspektivdə Yaponiyadakı kimi davamlı sosial bonus mexanizmlərinin tətbiqinin çətin olduğunu da vurğulayıb. Onun fikrincə, aidiyyəti qurumlar bu məsələdə daha mühafizəkar mövqe nümayiş etdirir:

"Əsas narahatlıq pensiya sisteminin gəlirlərinin xərcləri ödəməməsi ilə bağlıdır. Demoqrafik strukturun dəyişməsi fonunda uzunmüddətli maliyyə risklərinin artacağı ehtimalı bu sahədə ehtiyatlı davranılmasına səbəb olur. Bu yanaşmanı nəzərə alsaq, qısa müddətdə davamlı əlavə dəstək mexanizmlərinin tətbiq ediləcəyini düşünmürəm".

Beləliklə, ekspertlərin fikrincə, Azərbaycanda pensiyaçılar üçün əlavə sosial dəstək təcrübələri mövcud olsa da, Yaponiyadakı kimi sistemli və davamlı sosial bonusların tətbiqi hələlik real görünmür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Dekabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri