Icma.az
close
up
RU
Pensiyaçılarla bağlı vacib məsələ: Bu şərtə cavab verməyənlər...

Pensiyaçılarla bağlı vacib məsələ: Bu şərtə cavab verməyənlər...

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda pensiya məbləğinin aşağı olması barədə tez-tez müzakirələr aparılır. Digər tərəfdən, banklar məhz belə vətəndaşlar üçün xüsusi kredit paketləri təqdim edirlər. Bu isə sual doğurur: məbləği minimum ehtiyacları belə tam qarşılamayan pensiya ilə kredit götürmək nə dərəcədə realdır?  Bu kreditlər əslində hansı məqsədlər üçün nəzərdə tutulub?

Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, bəzi təqaüdçülər minimum və ya aşağı pensiya alırsa, digərləri yüksək məbləğdə əldə edir:

“Hətta işləyən vətəndaşların gəlirindən dəfələrlə çox pensiya alanlar da var. Yəni bu şəxslərin gəlirləri standart deyil və fərqli səviyyələrdədir. Digər tərəfdən, Azərbaycan Mərkəzi Bankının (AMB) istehlak kreditlərinin verilməsi zamanı müəyyən edilmiş tələbləri mövcuddur. Bu qaydalara əsasən, kredit götürən şəxsin aylıq ödənişi onun rəsmi gəlirinin 45 faizindən çox olmamalıdır. Bu şərtlər çərçivəsində pensiyaçılara da kredit paketləri təqdim olunur. Məsələn, hazırda 3000-5000 manat civarında yüksək pensiya alanlar kifayət qədərdir. Yəni söhbət yalnız 320 manatlıq minimum pensiya alan vətəndaşlardan getmir”.

Həmçinin oxuyun:

Prezident yerli televiziya kanallarına müsahibə verdi – FOTOLAR / VİDEO

Xalid Kərimli

Ekspert bildirib ki, şəxsin pensiyaçı olub-olmaması bank üçün əsas meyar deyil:

“Vacib olan onun gəlirinin stabil və rəsmi olmasıdır. Bununla yanaşı, təqaüdçülərlə bağlı bankların da nəzərə aldığı müəyyən yaş riskləri var. Ümumiyyətlə, həmin kreditlər əsasən istehlak məqsədilə verilir və pensiyaçı da onu istədiyi istiqamətdə sərf edə bilir. Bu baxımdan, onlara təqdim olunan kreditlər digərlərindən heç nə ilə fərqlənmir”.

Qeyd edək ki, hazırda Azərbaycanda minimum pensiya məbləği 320 manatdır.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Avqust 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri