Icma.az
close
up
RU
Pensiyaçılarla bağlı vacib məsələ Yeni güzəştlər ola bilər

Pensiyaçılarla bağlı vacib məsələ Yeni güzəştlər ola bilər

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanda təqaüdçülər dərmanları 50 faiz endirimlə alırlar və bu, sosial baxımdan müsbət təcrübə hesab olunur. Azərbaycanda da pensiyaçıların əksəriyyəti belə bir güzəştin tətbiqini istəyir. Bildirilir ki, bu təşəbbüs həm səhiyyə sahəsində əlçatanlığın artırılması, həm də sosial siyasətin gücləndirilməsi baxımından vacibdir.

Ölkəmizdə təqaüdçülərin dərmanları 50 faiz endirimlə alması mümkündürmü? Bunun üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, bunun üçün ilk öncə İcbari Tibbi Sığortanın (İTS) Xidmətlər Zərfinin genişləndirilməsi lazımdır.

Onun sözlərinə görə, hazırda İTS çərçivəsində stasionar müalicə zamanı dərmanlar pulsuzdur:

“Lakin ambulator (evdə) müalicə üçün dərman təminatı hələ tam tətbiq olunmayıb. İlk addım kimi pensiyaçılar üçün ambulator dərmanlar sığorta zərfinə əlavə edilməlidir. Belə bir sistem qurulacaqsa, öncə “elektron resept” sistemi yaradılmalı və tam tətbiq olunmalıdır. Çünki güzəştli dərmanların paylanmasında sui-istifadə hallarının qarşısını almaq üçün şəffaf nəzarət lazımdır. Həkim dərmanı elektron sistemdə yazmalı və pensiyaçı şəxsiyyət vəsiqəsi ilə aptekə yaxınlaşaraq həmin endirimi avtomatik əldə etməlidir”.

Nərmin Abbaslı

Mütəxəssis bildirib ki, dövlət 50% kompensasiya ödəyəcəksə, dərmanların qiyməti süni şəkildə artırılmamalıdır:

“Qiymətlərin yuxarı həddi sərt şəkildə tənzimlənməlidir ki, büdcə yükü həddindən artıq ağırlaşmasın. Bütün dərmanlara eyni anda endirim etmək iqtisadi cəhətdən çətin ola bilər. Əvvəlcə pensiyaçılar arasında ən çox yayılan xəstəliklərin dərmanları üzrə 50% güzəştlər tətbiq edilə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see198

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see197

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see195

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see193

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see173

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see165

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see157

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see138

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see133

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri