Icma.az
close
up
RU
Pensiyalar bu qədər artacaq: Rəqəm açıqlandı

Pensiyalar bu qədər artacaq: Rəqəm açıqlandı

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ildə pensiyaların 9,3 faiz indeksləşdirilməsi növbəti ildə də artımın hansı həcmdə olacağı ilə bağlı gözləntiləri artırıb. Qanunvericiliyə əsasən, əmək pensiyalarının sığorta hissəsi hər il ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir.
Bəs, 2026-cı ildə əməkhaqqı və digər iqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla, 2027-ci ilin əvvəlində pensiyaların artım faizi təxminən hansı səviyyədə ola bilər və bu artım pensiyaçıların real gəlirlərinə nə dərəcədə təsir göstərə bilər?
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, hazırda əməkhaqlarının artım faizi orta hesabla 7 faizdir. Bu proses belə həyata keçirilir: 
“Hər il əvvəlki ildə işləyən şəxslərin orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq növbəti il pensiyaların artımı, yəni indeksasiyası həyata keçirilir. Bu rəqəm dəqiq olaraq növbəti ilin fevralında məlum olur. Yəni 2027-ci ildə pensiyaların neçə faiz artacağını dəqiq olaraq 2027-ci ilin fevralında biləcəyik. Hazırda isə beş aylıq göstəricilər mövcuddur. Statistika adətən bir-iki ay gecikmə ilə açıqlanır. Hazırkı göstəriciyə görə əməkhaqlarında təxminən 7 faizlik artım var”.
Ekspert bildirib ki, əgər bu temp ilin sonuna qədər davam edərsə və əməkhaqlarının artım faizi aşağı düşməzsə, növbəti il pensiyaların təxminən 7 faiz artması mümkündür:
“Bu artımın pensiyaçıların real gəlirlərinə təsirinə gəldikdə isə, hazırda inflyasiya 6 faiz ətrafındadır. Xüsusilə ərzaq inflyasiyasının 7 faizdən yüksək olduğunu nəzərə alsaq, pensiya artımı əsasən inflyasiyanı kompensasiya etmiş olacaq. Çünki pensiyaçıların əsas xərcləri ərzaq və dərmanla bağlıdır”.
Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Avqust 2026 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri