Icma.az
close
up
RU
Pensiyalar nə qədər artacaq? Dəqiq rəqəm

Pensiyalar nə qədər artacaq? Dəqiq rəqəm

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ildə orta pensiya məbləği 516 manat olacaq. Bu, əvvəlki ilə müqayisədə 50 manat artım deməkdir.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O, artımlarla bağlı müraciətlərə və suallara aydınlıq gətirib:

“Son dövrlər maaş, pensiya, müavinətlər, təqaüdlər, eləcə də gözlənilən artımlarla bağlı paylaşımlarımıza rəğmən, yenə də çoxsaylı müraciətlər təqdim olunur. Təkrar olmasın deyə, qeyd edək ki, bu paylaşım müraciətlərin çox olması səbəbilə təqdim olunur. Çünki əvvəlki müraciətlərimizdə bu istiqamətdə fikirlərimizi bölüşmüşük. Təbii ki, bir sıra yeni rəqəmlər təqdim olunub, gələn həftə büdcə müzakirəsi olacaq. Orada da artımlarla bağlı, eləcə də bir sıra məsələlər öz əksini tapacaq. Bildiyiniz kimi, bu həftə təqdim olunan məlumata əsasən, 2025-ci ildə orta pensiya məbləği 516 manat olacaq. Bu, əvvəlki ilə müqayisədə 50 manat artım deməkdir. Artım minumum pensiya məbləği ilə yox, ölkə üzrə orta aylıq pensiya məbləğindəki artımı xarakterizə edir. Ona görə də artım birbaşa ölkə üzrə orta aylıq pensiya məbləğinə şamil olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözlənti orta aylıq pensiya məbləğinin 516 manata yüksəlməsi ilə bağlıdır”.

Deputat bütün növ əmək pensiyalarında artımların olacağını açıqlayıb:

“Minumum pensiya və minumum maaşın artırılması ilə bağlı cənab Prezident tərəfindən göstəriş verilib. Həmin göstərişə uyğun olaraq, artımla bağlı məsələlər yekunlaşmaq üzrədir. Bizim təklifimiz ondan ibarətdir ki, 2023-2024-cü illərdəki artım faizi, inflyasiya nəzərə alınmaqla pensiya və minimum maaşda artımlar həyata keçirilsin. Biz fiskal imkanlar çərçivəsində daha çox artımların həyata keçməsini məqsədəuyğun hesab edirik. Bununla bağlı gələn həftə başlanılacaq büdcə müzakirələrində də öz təkliflərimizi təklif edəcəyik. Hər iki istiqamətdə, pensiya və əmək haqqı artımları növbəti ildən reallaşmalıdır. Bu proses praktik olaraq yekunlaşmaq üzrədir. Artıq dekabrın sonuna doğru büdcə təsdiq olunacaq. Cənab Prezident tərəfindən növbəti ilin əvvəlində gözlənilən sərəncam imzalanacaq. Bütün növ əmək pensiyalarında artım olacaq. Bu, indeksləşdirmə əsasında artımdır. İndeksləşdirmə inflyasiyaya əsasən yox, orta aylıq artım faizinə əsasən həyata keçirilir. 2024-cü ildə orta aylıq əmək haqqı nə qədər artırılıbsa, pensiya da o qədər artırılacaq. Burada bütün növ əmək pensiyalarından söhbət gedir”./axar.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see419

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see268

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see259

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see258

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see255

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see243

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see239

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see238

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see234

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see229

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see227

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see224

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see219

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see218

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see216

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see215

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see209

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see206

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see203

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri