Pensiyaların artıq ödənilmiş məbləğinin geri tutulma müddəti 3 ildən 1 ilə endirilə bilər
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Ombudsmanı Milli Məclisdə çıxışı zamanı əmək pensiyaları ilə bağlı yeni təklif irəli sürüb.
Bakıvaxtı.az xəbər verir ki, təklifə görə, artıq ödənilmiş əmək pensiyası və pensiyaya əlavələrin geri tutulma müddəti indiki 3 il əvəzinə 1 ilə endirilməlidir.
Ombudsman vurğulayıb ki, əgər artıq ödəniş pensiyaçının şəxsi səhvi səbəbindən deyil, müvafiq qurumun işində yaranmış funksional boşluqlar nəticəsində baş veribsə və sonradan aparılan geri tutulmalar onun sosial vəziyyətinə mənfi təsir göstərirsə, geri tutulma müddəti məhdudlaşdırılmalıdır.
Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş məbləğ son 3 il üçün geri alınır. Ombudsmanın təklifi bu müddəti 1 ilə endirməyi nəzərdə tutur.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 03 Mart 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















