Artıq ödənilmiş pensiyaların tutulma müddəti azaldılsın TƏKLİF
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Artıq ödənilmiş pensiyaların tutulma müddətinin 1 ilə endirilməsi təklif olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində əksini tapıb.
Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçının səhvindən baş vermədiyini, bu halın müvafiq qurum fəaliyyətində olan funksional nöqsanlarla bağlı olduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosial vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulması üçün "Əmək pensiyaları haqqında" Qanunun 39-1-ci maddəsində nəzərdə tutulmuş müddətin 1 ilə azaldılması təklif edilib.
Hazırkı qanunvericiliyə görə, bu tutulmanın son 3 il üçün aparılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:221
Bu xəbər 27 Fevral 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















