Icma.az
close
up
RU
Pensiyaların indeksləşdirilməsi dəyişir: Yeni mexanizm necə olacaq? (ŞƏRH)

Pensiyaların indeksləşdirilməsi dəyişir: Yeni mexanizm necə olacaq? (ŞƏRH)

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi qaydasının dəyişdirilməsi təklif olunur. Yeni mexanizmə əsasən, pensiya və pensiya kapitalının məbləğindən asılı olaraq fərqli indeksləşdirmə əmsallarının tətbiqi nəzərdə tutulur.

Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əsas dəyişiklik bütün pensiyalara eyni faizlə indeksləşdirmə tətbiqindən diferensial yanaşmaya keçidlə bağlıdır:

“Hazırda qüvvədə olan mexanizm ilə təklif olunan dəyişiklik arasında əsas fərq indeksləşdirmənin hamıya eyni faizlə tətbiq olunmasından daha diferensial yanaşmaya keçiddir. Qaydada əmək pensiyasının sığorta hissəsi ölkə üzrə orta aylıq nominal əməkhaqqının əvvəlki ildəki artım tempinə uyğun indeksləşdirilir. Məsələn, 2026-cı ildə 2025-ci il üzrə orta aylıq nominal əməkhaqqının artım göstəricisi 9,3 faiz olduğundan, yanvarın 1-dək təyin edilmiş pensiyalar 9,3 faiz artırılıb".

Eyni zamanda, fərdi şəxsi hesabda toplanmış pensiya kapitalının da istehlak qiymətləri indeksinə, yəni inflyasiyaya uyğun indeksləşdirildiyini deyən ekspert əlavə edib:

“Yeni təklifdə isə pensiyanın və pensiya kapitalının məbləği də nəzərə alınacaq. Orta aylıq əməkhaqqına qədər olan məbləğdə pensiyalara hazırkı indeksasiya faizi tam tətbiq ediləcək. Pensiya həmin həddən yuxarı olduqda isə yuxarı hissəyə daha aşağı əmsalla indeksləşdirmə aparılacaq”.

Akif Nəsirli yeni mexanizmi belə izah edib:

“Sadə misalla izah etsək, tutaq ki, müəyyən edilən indeksasiya 10 faizdir və orta aylıq əməkhaqqı 1 200 manatdır. 1 000 manat pensiya alan şəxs üçün 10 faizlik artım tam tətbiq edilə bilər və pensiya 1 100 manata yüksələr. Amma 2 000 manat pensiya alan şəxsdə bütün 2 000 manata 10 faiz tətbiq olunmaya bilər. İlk 1 200 manat tam indeksləşdirilər, ondan yuxarı olan 800 manatlıq hissəyə isə daha aşağı əmsal tətbiq olunar”.

Ekspertin fikrincə, burada əsas məqam yüksək pensiyanın bütövlükdə aşağı əmsalla indeksləşdirilməsi deyil. Söhbət müəyyən həddə qədər olan hissənin tam, həmin həddən yuxarı hissənin isə fərqli əmsalla indeksləşdirilməsindən gedir:

"Eyni diferensial yanaşmanın fərdi hesablarda toplanan pensiya kapitallarına da tətbiqi nəzərdə tutulur. Yüksək pensiya kapitalının müəyyən həddə qədər olan hissəsi tam indeksləşdirilə, həddən yuxarı hissəsinə isə daha aşağı əmsal tətbiq edilə bilər”.

Akif Nəsirli qeyd edib ki, hazırda konkret hədlər və hər hədd üçün əmsallar açıqlanmayıb:

“Hazırda açıqlanan məlumatda konkret hədlər və hər hədd üçün əmsallar göstərilməyib. Ona görə də, məsələn, 1 200 manatdan yuxarı pensiyaya konkret hansı faizin tətbiq olunacağını indidən demək düzgün olmaz. Konkret rəqəmlər qanunvericilikdə müəyyənləşəndən sonra real hesablamanı aparmaq mümkün olacaq”.

Ekspertin sözlərinə görə, yeni mexanizmin mahiyyəti pensiya və pensiya kapitalı artdıqca indeksləşdirmənin bütün məbləğə eyni faizlə tətbiq olunmamasıdır:

“Bu dəyişiklik aşağı və orta səviyyəli pensiyaların indeksasiya faizinin tam qorunmasını, yüksək pensiyalarda isə artımın nisbətən məhdudlaşdırılmasını nəzərdə tutur. Bu, hazırkı ‘hamıya eyni indeksasiya faizi’ yanaşmasından fərqli mexanizmdir”.

Günay İlqarqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Oktyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri