Icma.az
close
up
RU
Pensiyalarla bağlı mühüm məsələ: Buna aldanmayın! XƏBƏRDARLIQ

Pensiyalarla bağlı mühüm məsələ: Buna aldanmayın! XƏBƏRDARLIQ

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda bəzi iş yerlərində rəhbərlik pensiya yaşına 1 və ya 2 il qalan şəxslərə müəmmalı təklif irəli sürürlər. Bununla bağlı sosial şəbəkə istifadəçiləri vaxtaşırı paylaşım edir, suallarına cavab axtarırlar. Belə ki, rəhbərlik çalışana ərizə yazaraq işdən uzaqlaşmağı, pensiya yaşına çatana qədər maaşının müəyyən hissəsini ala biləcəyini bildirir.

Qanunvericilikdə belə bir şey varmı? Əgər şəxs pensiya yaşına çatmamış işdən ayrılsa, həmin dövr ərzində maaşının bir hissəsini almağa davam edə bilərmi? Belə hallara qanunda istisna nəzərdə tutulur, yoxsa bu yanaşma işçini müəssisədən uzaqlaşdırmaq üsuludur?

Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, pensiya yaşına çatmamış halda maaşın bir hissəsini almaqla bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur.

Onun sözlərinə görə, əməkhaqqı yalnız işləyən şəxsə verilir:

“Başqa cür olması mümkün deyil. Onsuz da pensiya yaşına çatdıqda bu ödəniş hər kəsə verilir. Hətta pensiya kapitalı kifayət etməyən şəxslərə belə sabit məbləğdə ödəniş təyin olunur. Amma məbləğ birbaşa pensiya kapitalından asılıdır. Bu isə illərlə toplanan əməkhaqqına bağlıdır. Xüsusilə son illərdəki maaş göstəriciləri əhəmiyyətlidir. İşsiz olan şəxsin pensiyası təbii ki, daha az olacaq, çünki müəyyən dövr ərzində əmək fəaliyyəti ilə məşğul olmayıb. Pensiya kapitalını artırmaq üçün mütəmadi işləmək lazımdır. Bunun üçün maaşdan 3 faiz sosial sığorta haqqı tutulur. Əslində bu məbləğ 25 faizdir – onun 22 faizini işəgötürən, 3 faizini isə işçi ödəyir”.

Əkrəm Həsənov

İqtisadçı deyib ki, işəgötürən çalışanı aldadır:

“Kim çalışmayan insana əməkhaqqı ödəyər? Əgər şəxs bu şərtlərlə işdən çıxarsa, gələcəkdə alacağı pensiya məbləği də az olacaq. Bu cür təkliflər vətəndaşın aldadılması deməkdir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 İyul 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see134

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see134

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see123

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see119

Son xəbərdarlıq: ABŞ Rusiyanın yanında, Avropaya qarşı

06 Dekabr 2025 21:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri