Icma.az
close
up
RU
Pensiyalarla bağlı mühüm məsələ: Buna aldanmayın! XƏBƏRDARLIQ KONKRET

Pensiyalarla bağlı mühüm məsələ: Buna aldanmayın! XƏBƏRDARLIQ KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda bəzi iş yerlərində rəhbərlik pensiya yaşına 1 və ya 2 il qalan şəxslərə müəmmalı təklif irəli sürürlər. Bununla bağlı sosial şəbəkə istifadəçiləri vaxtaşırı paylaşım edir, suallarına cavab axtarırlar. Belə ki, rəhbərlik çalışana ərizə yazaraq işdən uzaqlaşmağı, pensiya yaşına çatana qədər maaşının müəyyən hissəsini ala biləcəyini bildirir.

Qanunvericilikdə belə bir şey varmı? Əgər şəxs pensiya yaşına çatmamış işdən ayrılsa, həmin dövr ərzində maaşının bir hissəsini almağa davam edə bilərmi? Belə hallara qanunda istisna nəzərdə tutulur, yoxsa bu yanaşma işçini müəssisədən uzaqlaşdırmaq üsuludur?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, pensiya yaşına çatmamış halda maaşın bir hissəsini almaqla bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur.

Onun sözlərinə görə, əməkhaqqı yalnız işləyən şəxsə verilir:

“Başqa cür olması mümkün deyil. Onsuz da pensiya yaşına çatdıqda bu ödəniş hər kəsə verilir. Hətta pensiya kapitalı kifayət etməyən şəxslərə belə sabit məbləğdə ödəniş təyin olunur. Amma məbləğ birbaşa pensiya kapitalından asılıdır. Bu isə illərlə toplanan əməkhaqqına bağlıdır. Xüsusilə son illərdəki maaş göstəriciləri əhəmiyyətlidir. İşsiz olan şəxsin pensiyası təbii ki, daha az olacaq, çünki müəyyən dövr ərzində əmək fəaliyyəti ilə məşğul olmayıb. Pensiya kapitalını artırmaq üçün mütəmadi işləmək lazımdır. Bunun üçün maaşdan 3 faiz sosial sığorta haqqı tutulur. Əslində bu məbləğ 25 faizdir – onun 22 faizini işəgötürən, 3 faizini isə işçi ödəyir”.

İqtisadçı deyib ki, işəgötürən çalışanı aldadır:

“Kim çalışmayan insana əməkhaqqı ödəyər? Əgər şəxs bu şərtlərlə işdən çıxarsa, gələcəkdə alacağı pensiya məbləği də az olacaq. Bu cür təkliflər vətəndaşın aldadılması deməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 İyul 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri