Icma.az
close
up
RU
Pensiyalarla bağlı vacib məsələ Nazir açıqladı, detallar bəlli oldu

Pensiyalarla bağlı vacib məsələ Nazir açıqladı, detallar bəlli oldu

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda son günlər pensiya kapitalının vərəsələrə verilib-verilməməsi ilə bağlı müzakirələr artıb. Məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də aydınlıq gətirib və hazırkı pensiya sisteminin necə işlədiyini izah edib.

Belə ki, əmək və əhalinin müdafiəsi naziri Anar Əliyevin sözlərinə görə, bu gün ölkədə sığorta pensiya sistemi həmrəylik prinsipi əsasında fəaliyyət göstərir:

“İstənilən şəxsin ödədiyi sığorta haqqı 1,1 milyon əmək pensiyaçısının pensiyasının maliyyələşdirilməsinə yönəlir”.

Mövcud modeldə fərdi pensiya kapitalının vərəsələrə verilməsi nə dərəcədə mümkündür?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, hazırda işləyən şəxslərin ödədiyi sosial sığorta haqları birbaşa hazırkı pensiyaçılara verilir:

“Kapital yığımı prinsipi isə fərqlidir: insan öz hesabına vəsait toplayır və pensiyaya çıxdıqda yalnız topladığı məbləğ əsasında aylıq pensiya alır. Həmrəylik prinsipində indiki nəsil işləyərək mövcud pensiya alanların təminatını ödəyir. Bu vəsait bəzən kifayət etmədiyi üçün dövlət büdcəsindən əlavə köçürmələr edilir. Pensiya kapitalı qanunvericilikdə fərdi şəxsi hesabda toplanan sığorta hissəsi kimi müəyyənləşir və bu kapital pensiyaya çıxarkən aylıq pensiyanın hesablanması üçün istifadə olunur. Şəxs pensiyaya çıxmadan vəfat edərsə, təbii ki, təqaüd almır, uzun müddət yaşadıqda isə daha çox alır”.

Elçin Rəşidov

İqtisadçı qeyd edib ki, mövcud sistemdə pensiya vəsaitinin vərəsələrə ötürülməsi həm hüquqi, həm də məntiqi baxımdan mümkün deyil:

“Çünki həmrəylik prinsipi əsasında bir işçinin ödədiyi sosial sığorta haqqı başqa bir işçinin valideyninə və ya yaxınlarına miras kimi verilə bilməz. Bu, pensiya sisteminin mahiyyətinə ziddir. Azərbaycan hibrid pensiya modelinə malikdir: həm həmrəylik, həm də məhdud da olsa, yığım prinsipi mövcuddur. Əgər şəxs pensiyaya çıxmadan vəfat edibsə və onun fərdi hesabında toplanmış yığım hissəsi pensiyaya çevrilməyibsə, yalnız həmin yığım hissəsi vərəsələrə verilə bilər. Lakin pensiyanın əsas hissəsi olan sığorta kapitalı vərəsələrə ötürülmür, çünki bu vəsait bütün cəmiyyət üçün ümumi fondun bir hissəsidir.

Qanunvericiliyə görə, vəfat etmiş şəxsin ailə üzvləri yalnız “ailə başçısını itirməyə görə əmək pensiyası” hüququ əldə edə bilərlər. Bu, şəxsin yığdığı kapitalın miras kimi verilməsi deyil, sosial təminat mexanizmidir. Əgər pensiya kapitalı tam şəkildə vərəsəliyə açıq olsa, sistemin maliyyə sabitliyi pozular və yaşlı nəsil sosial təminatsız qala bilər. Dünya təcrübəsində tam yığım modelinə əsaslanan pensiya sistemləri mövcuddur. Bu sistemlərdə hər kəsin kapitalı onun şəxsi mülkiyyəti sayılır və investisiya fondu kimi idarə olunur. Lakin Azərbaycanda əsas pensiya kapitalı vərəsəliyə açıq deyil, yalnız çox kiçik olan yığım hissəsi vərəsələrə verilə bilər”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri