Pentaqon: ABŞ gəmisinin Oman körfəzindən çıxarılması ilə bağlı iddialar yalandır
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Müdafiə Nazirliyi İranın "ABŞ gəmisi xəbərdarlıqdan sonra geri çəkildiyi" barədə yaydığı məlumatı təkzib edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Rəsmi açıqlamaya görə, "USS Fitzgerald" esminesi beynəlxalq sularda missiya yerinə yetirərkən İranın "Sea King" helikopteri ilə qarşılaşıb.
ABŞ rəsmisi bildirib ki, hadisə gəminin fəaliyyətinə heç bir təsir göstərməyib və İran tərəfindən yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Bu iddialar İslam İnqilabı Keşikçiləri Korpusunun yanlış məlumat yaymaq səylərinin bir hissəsidir".
Xatırladaq ki, dünən İran mediası bildirib ki, SEPAH ABŞ gəmisinə İran sularına yaxınlaşmamaq barədə xəbərdarlıq edəndən sonra ABŞ esminesi İranın nəzarətində olan suları tərk edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 24 İyul 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















