Pentaqon Donald Trampa Venesuelaya qarşı hərbi əməliyyat planlarını təqdim edib
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ hərbçiləri Amerika lideri Donald Trampa Venesuelaya qarşı yerüstü hədəflər zərbələr də daxil olmaqla mümkün hərbi əməliyyatların yenilənmiş planlarını təqdim ediblər.
"Report" xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istindən məlumat yayıb.
Məlumata görə, Ağ Evdə keçirilən müşavirədə Pentaqon rəhbəri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn iştirak ediblər. Onlar Trampa yaxın günlərdə ABŞ hərbçiləri tərəfindən həyata keçirilə biləcək tədbirlər barədə məlumat veriblər.
Vurğulanır ki, Vaşinqton administrasiyası bu məsələ ilə bağlı hələlik hər hansı yekun qərar qəbul etməyib.
Mümkün hərbi əməliyyatların detalları açıqlanmır.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt ötən gün jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, ABŞ Karib hövzəsində narkotiklərin daşınmasının qarşısını almağa yönəlmiş güc tətbiqini davam etdirmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 13 Noyabr 2025 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















