Pentaqon silah şirkətlərinə 21 gün vaxt verib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Müdafiə Nazirliyi İranla müharibə fonunda silah ehtiyatlarının azalması səbəbindən ölkənin müdafiə şirkətlərindən istehsalı sürətləndirməyi tələb edib.
The Washington Post xəbər verir ki, ABŞ müdafiə nazirinin müavini Stiv Faynberq şirkətlərə kritik silahların istehsalı və çatdırılmasını artırmaq üçün plan hazırlamağa 21 gün vaxt verib.
Məlumata görə, ABŞ ordusu THAAD sistemləri üçün raketlərin təxminən 80 faizini, “Patriot” raketlərinin isə təxminən yarısını istifadə edib.
Pentaqon silah istehsalının artırılması üçün yeni müəssisələrin və istehsal imkanlarının genişləndirilməsini də istəyib. Bununla belə, əlavə maliyyələşdirməni nəzərdə tutan 1,15 trilyon dollarlıq müdafiə xərcləri layihəsi hazırda Konqresdə təsdiqini gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 09 Avqust 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















