Pentaqon avtomobil şirkətlərinə möhtac qaldı
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) pilotsuz uçuş aparatlarının (PUA) istehsalını artırmaq məqsədilə ölkənin aparıcı avtomobil istehsalçıları ilə danışıqlar apardığı bildirilir.
Axar.az xəbər verir ki, “Vol Strit Jurnal” mənbələrə istinadən yaydığı məlumata görə, Pentaqon azalan pilotsuz sistem ehtiyatlarını artırmaq üçün ABŞ-ın avtomobil sənayesi şirkətlərinə müraciət edib.
Mənbələrin bildirdiyinə görə, Müdafiə Nazirliyi PUA istehsalının genişləndirilməsi məqsədilə “General Motors” da daxil olmaqla, bir sıra iri avtomobil istehsalçıları ilə əlaqə saxlayıb.
Məlumatda qeyd olunur ki, hələlik tərəflər arasında hər hansı razılaşma əldə olunmayıb. ABŞ Prezidenti Donald Trampın administrasiyasının nümayəndələri avtomobil sənayesi rəhbərlərindən bu təşəbbüslə bağlı indiyədək birmənalı olmayan reaksiyalar alıblar.
Mənbələr mümkün razılaşma çərçivəsində avtomobil şirkətlərinin PUA istehsalçılarını ehtiyat hissələri və komponentlərlə təmin edə biləcəyini bildiriblər.
Baxış sayı:118
Bu xəbər 24 Noyabr 2026 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















