Pentaqon üçün yeni “F 35”lərin tədarükü yenidən təxirə salınıb
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pentaqona tam modernləşdirilmiş beşinci nəsil “F-35” qırıcılarının tədarükü yenidən təxirə salınır.
"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə “Defense One” nəşri təyyarədə işləyən “Lockheed Martin” şirkətinin nümayəndələrinə istinadən məlumat yayıb.
"Pentaqonun “F-35” qırıcılarının aviaparkı bu il “TR-3” proqram təminatı ilə tam yenilənmə versiyasını ala bilməyəcək", - nəşrdə qeyd olunub.
“TR-3”ün təkmilləşdirilmiş konfiqurasiyası əvvəlcə 2023-cü ilin yazında hazır olmalı idi, lakin şirkət proqram təminatının hazırlanmasında problemlərlə üzləşib. Ötən il “Lockheed Martin” “TR-3” üzərində işi 2025-ci ilin yazına qədər başa çatdıracağına ümid edirdi, lakin modernləşdirilmiş “F-35”lərin tədarükünün dəqiq tarixləri hələ də açıqlanmayıb.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 29 Yanvar 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















