NYT: Pentaqon F 35 lərin Ər Riyada tədarükü zamanı həssas texnologiyanın Çinə sızmasından narahatdır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 14 noyabr, AZƏRTAC
Pentaqon hesab edir ki, F-35 qırıcılarının Səudiyyə Ərəbistanına mümkün satışı həssas texnologiyanın Çinə sızması riskini daşıyır.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Tramp administrasiyası və Səudiyyə Ərəbistanı Vaşinqtona Ər-Riyada 48 ədəd F-35 qırıcısının tədarükünü təmin edəcək razılaşma üzərində işləyir. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi potensial texnologiya sızmalarından narahatlığını ifadə edib. Pentaqonun Kəşfiyyat İdarəsi tərəfindən hazırlanmış hesabatda qeyd olunur ki, F-35 müqaviləsi bağlanarsa, Çin və Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində əməkdaşlıq, eləcə də Pekinin kəşfiyyat fəaliyyətləri potensial təhlükə yarada bilər.
Noyabrın 18-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud 2018-ci ildən bəri ilk dəfə Vaşinqtona səfər edəcək və burada ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 14 Noyabr 2025 05:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















