Penza vilayətinə PUA hücumu nəticəsində iki nəfər xəsarət alıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Moskva, 1 iyul, AZƏRTAC
Penza vilayətində iki sənaye müəssisəsi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə vilayətin qubernatoru Oleq Melniçenko məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində müəssisələrdən birində iki nəfər xəsarət alıb. Partlayış dalğası Penza şəhərində yerləşən iki çoxmənzilli yaşayış binasının da şüşələrini sındırıb.
Vilayət rəhbəri sakinləri PUA-nın qalıqlarına yaxınlaşmamağa çağırıb, aşkar edildikdə isə bu barədə "112" qaynar xəttinə məlumat verməyi tövsiyə edib. O, həmçinin dronların uçuşunun və onların düşdüyü yerlərin foto və videoya çəkilməsinin qadağan olunduğunu xatırladaraq, vətəndaşları bu cür materialları yaymamağa çağırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 02 İyul 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















