Icma.az
close
up
RU
Perinatal Mərkəz niyə açılmır?

Perinatal Mərkəz niyə açılmır?

Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Perinatal Mərkəzdə təmir bitsə də, fəaliyyətə başlamır.

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Medicina.az APA -ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə iki zərərçəkən ərizə verərək sabiq direktor Mehriban Abasquliyevaya qarşı şikayət və ya tələblərinin olmadığını bildiriblər.

Prosesin davamında Mehriban Abasquliyevanın vəkili müdafiə etdiyi şəxsin ifadə vermək istədiyini söyləyib. M.Abasquliyeva ifadəsində bildirib ki, o, 2022-ci ildən mərkəzdə yanğın baş verənədək direktor vəzifəsində çalışıb:

"Hadisə olan gecə təcili yardım şöbəsindən zəng edib mənə məlumat verdilər. Mən də öz növbəmdə TƏBİB-in icracı direktoruna və yanğınsöndürənlərə məlumat verdim. Dedilər ki, yanğınsöndürənlər artıq hadisə yerindədir. Ora çatan kimi xəstələrin və əməkdaşların təxliyəsi ilə məşğul olduq. TƏBİB-in icraçı direktoru da orda idi. Daha sonra hadisə yerinə prokurorluq əməkdaşları gəldi və məndən sənədləri tələb etdilər. Onların tələbinə əsasən, mən və mərkəzin 15-ə yaxın əməkdaşı Baş Prokuroluğun İstintaq İdarəsində ifadə verdik. Həmin vaxt ifadə verə bilmədim, çünki hadisənin stressini və yorğunluğunu üstümdən ata bilməmişdim. Təqdim olunan sənədləri imzaladım. Mənə dövlət hesabına vəkil verdilər. Halbuki vəkil tutmağa imkanım var idi. Barəmdə ev dustaqlığı və vəzifədən kənarlaşdırma tədbirləri seçiləndən sonra bu qərardan şikayət verdim. Yalnız o zaman öz vəkillərimlə əlaqə saxlaya bildim".

Mehriban Abasquliyeva əlavə edib ki, onun əmək müqaviləsində yanğın təhlükəsizliyi ilə bağlı öhdəlik yazılmayıb. Onun sözlərinə görə, mərkəzdə küvəzlərdən başqa hər yeri kamera çəkib: "Küvəzdə baş verən nasazlıq səbəbindən yanğın olub. Nasazlıq hər an ola bilərdi, 3 ay əvvəl də, 3 saat əvvəl də. Mən evimdə olanda küvəzdə nəsə olubsa, haradan biləcəkdim? Müəssisədəki 439 nəfər işçinin əvəzinə mən işləyəsi deyildim ki”.

O, həmçinin əlavə edib ki, Perinatal Mərkəzdə təmir işləri bitsə də, yanğın təhlükəsizliyi tələbinə cavab vermədiyi üçün fəaliyyətə başlamır:

“Bu vaxta qədər bu məsələ həll olunmayıbsa, mən çalışdığım qısa müddətdə necə yanğın təhlükəsizliyini təmin edə bilərdim? Mərkəzin məndən əvvəlki direktoru Məryəm Rzayevanın da məsuliyyətini mənim üzərimə atırlar. O, məsuliyyət daşıdığı halda cinayət məsuliyyətinə cəlb olunmayıb".

M.Abasquliyeva əlavə edib ki, öhdəliyi olmasa da, mərkəzdə bu məsələdən irəli gələn problemləri aradan qaldırıb: "Məryəm Rzayevanın direktor olduğu vaxtda təxliyə pilləkənləri zibil yeri kimi istifadə olunurdu. Hətta ora yanan materiallar da yığmışdılar. Mən vəzifəyə təyin ediləndə həmin yeri təmizlətdirmişəm”.

Proses fevralın 25-də davam etdiriləcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, istintaqla Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.


medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 11 Fevral 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri