Icma.az
close
up
RU
Perinatal Mərkəz bu tələbə cavab vermədiyi üçün işləmir

Perinatal Mərkəz bu tələbə cavab vermədiyi üçün işləmir

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Respublika Perinatal Mərkəzində təmir işləri başa çatsa da, mərkəz yanğın təhlükəsizliyi tələbinə cavab vermədiyi üçün fəaliyyət göstərmir.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik edtiyi Respublika Perinatal Mərkəzində yanğınla bağlı prosesdə cinayət işi üzrə ittiham edilən mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva söyləyib.

Proses zamanı əvvəlcə məhkəməyə iki zərərçəkəndən ərizə daxil olduğu bildirilib.

Belə ki, ərizədə bir zərərçəkən bütün təqsirləndirilənlərə qarşı, digəri isə yalnız təqsirləndirilən Mehriban Abasquliyevaya qarşı şikayət və tələbinin olmadığını bildirib.

Sonra prosesdə Mehriban Abasquliyeva ifadə verib. O deyib ki, 27 dekabr 2022-ci ildə Respublika Perinatal mərkəzə direktor təyin edilib:

“Mərkəzdə yanğın baş verənə qədər vəzifədə olmuşam. Yanğın hadisəsi baş verən gecə təcili yardım şöbəsindən zəng elədilər, yanğın olduğunu bildirdilər. Mən də hadisə barədə TƏBİB-in icracı direktoruna və yanğınsöndürənlərə zəng etmişəm. Onlar artıq əraziyə yanğınsöndürülənlərin cəlb olunduğunu deyiblər. Mən ora gedəndə xəstələrin və əməkdaşların təxliyyəsi ilə məşğul olmuşuq. Hadisə yerinə TƏBİB-in icraçı direktoru da gəlmişdi. Prokurorluq əməkdaşları hadisə yerinə gələrək məndən sənədlər, sonra isə istintaq idarəsinə gəlməyi tələb etdilər. Mən və mərkəzin 15-ə yaxın əməkdaşı Baş Prokurorluğun İstintaq İdarəsinə ifadə verməyə getdik. Hadisə zamanı keçirdiyim stress və yorğunluq səbəbindən ifadə verə bilməmişəm, verilən sənədlərə imza atmışam. Həmçinin orada olan zaman vəkillərimlə də əlaqə saxlaya bilməmişəm”.

Mehriban Abasquliyevanın sözlərinə görə, daha sonra yenidən Baş Prokuroluğun İstintaq İdarəsinə çağırılıb və ona dövlət hesabına vəkillə təmin edildiyi bildirilib:

“Öz vəsaitimlə vəkil tutmağa imkanım olsa da, dövlət hesabına vəkillə təmin etdilər. Sonra cinayət məsuliyyətinə cəlb olundum. O zaman səhhətim yaxşı deyildi, ona görə təqdim edilən hər bir sənədə imza atmışam. 30 il səhiyyə sistemində çalışmışam. Barəmdə seçilən ev dustaqlığı və vəzifədən kənarlaşdırma tədbirlərindən sonra şəxsi hesabıma tutduğum vəkillərlə əlaqə saxlaya bilmişəm”.

Mehriban Abasquliyeva deyib ki, onunla bağlanan əmək müqaviləsində yanğın təhlükəsizliyi ilə bağlı öhdəlik olmayıb. O, həmçinin əlavə edib ki, yanğının elektrik yuvasından deyil, küvəzdən başladığı da otaqda olan kameradan aydın görünür:

“Küvəzlərə mütəxəssilər baxış keçirməyiblər. Küvəzdə baş verən nasazlıq səbəbindən yanğın baş verib. Nasazlıq 3 ay əvvəl də, 3 saat əvvəl də baş verə bilər. Evimdə olan zaman küvəzdə nasazlığın baş verdiyini haradan bilim? Yeni doğulmuşların intensiv terapiya şöbəsində həkimlər xüsusi geyimlərdən istifadə edirlər, mən isə mərkəzdə adi formada olurdum. 439 nəfərin əvəzinə yalnız mən işləməli deyildim. Mənə qarşı irəli sürülən ittihamda deyilir ki, yanğının söndürülməsində iştirak edən 4 nəfərin sağlamlığına yüngül zərər vurulub. Qeyd edim ki, ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunma tətbiq edilmir”.

M.Abasquliyava əlavə edib ki, Perinatal Mərkəzdə artıq təmir işləri başa çatsa da, yanğın təhlükəsizliyi tələbinə cavab vermədiyi üçün fəaliyyətə başlamayıb:

“Əgər, bu müddət ərzində mərkəzdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər həll edilə bilməyibsə, bunu mən necə edə bilərdim ki? Mərkəzin məndən əvvəlki direktoru Məryəm Rzayevanın da məsuliyyətini mənim üzərimə atırlar. Bu işlər də o da məsuliyyət daşısa da, cinayət məsuliyyətinə cəlb olunmayıb”.

M.Abasquliyevanın sözlərinə görə, yanğın təhlükəsziliyi ilə bağlı hər hansı bir öhdəliyi olmasa da, Respublika Perinatal Mərkəzində bu məsələdən irəli gələn problemləri də aradan qaldırıb.

“Məryəm Rzayevanın direktor olduğu vaxtda təxliyə pilləkəni zibil yeri kimi istifadə olunurdu və oraya yanan materiallar yığılmışdı. Mən vəzifəyə təyin ediləndə həmin yeri təmizlətdirmişəm”.

Prosesə ayrılan vaxt başa çatdığı üçün Mehriban Abasquliyeva ifadəsini bitirə bilməyib, növbəti proses fevralın 25-nə təyin olunub.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Fevral 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri