Icma.az
close
up
RU
Perincək Rusiyanın əlaltısı, beşinci kolon çusu kimi tanınır ŞƏRH

Perincək Rusiyanın əlaltısı, beşinci kolon çusu kimi tanınır ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Belə siyasi "meyit"lər Azərbaycan-Türkiyə münasibətlərinə heç bir xələl gətirə bilməzlər


Noyabrın ilk günlərində Bakıda keçirilməsi planlaşdırılan 33-cü Avropa Ravvinlər Konfransının (Conference of European Rabbis – CER) ləğv edilməsini öz xidməti, öz qələbəsi kimi təqdim etməyə çalışan bəzi şəxslər var. O zavallıların, miskinlərin arasında hamıdan çox canfəşanlıq edənlərdən biri isə Doğu Perincək adlı bir siyasi hoqqabazdır. Özünü Vətən Partiyasının başqanı kimi təqdim edən bu avantüristin Türkiyənin siyasi mühitində heç bir nüfuzu, çəkisi yoxdur. Qardaş ölkədə adam yerinə qoyulmayan Doğu Perincək Azərbaycan-Türkiyə münasibətlərini zədələmək üçün ən kiçik fürsətdən belə maksimum dərəcədə yararlanmağa çalışır. Avropa Ravvinlər Konfransının bəlli səbəblərdən təxirə salınmasını da növbəti fürsət kimi görən D.Perincək özünü yuyulmamış qaşıq kimi ortaya atıb iddia edir ki, guya, sözügedən konfrans məhz onun Prezident İlham Əliyevə ünvanladığı məktubdan sonra ləğv olunub. Pafoslu çıxışlar etməyi çox sevən Perincək sülhə, tolerantlığa, dinlərarası dialoqa həsr olunmuş ravvinlər toplantısının ləğv edilməsini “Türk və İslam dünyasının qələbəsi” kimi təqdim etməklə isə əsl cahillik nümayiş etdirib. Onun iddiaları əsla həqiqətə uyğun deyil. Doğu Perincək başından böyük qələt eləyib. Yəhudi din xadimlərinin Bakı toplantısının təxirə salınmasının Perincəyin məktubu ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. 


Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Azərbaycan bütün dünyada dini tolerantlıq məkanı kimi tanınır. Ekspert bildirib ki, ravvinlərin də bizim paytaxtımızda toplaşmaları, fikir mübadiləsi aparmaları üçün heç bir problem yoxdur: 


"Avropa Ravvinlər Konfransının təxirə salınması texniki-təşkilati məsələlərlə bağlıdır və İsrail tərəfi bu tədbiri özü ləğv edib. Yəni ki, Doğu Perincəyin özünü ortaya atıb sözükeçən vacib şəxs rolunda çıxış etməsi siyasi əllaməçilikdən və təxribatçılıqdan başqa bir şey deyil. Bu zavallı son günlər xüsusi canfəşanlıq nümayiş etdirməklə, əslində özünü "yandırdı". Və bir daha məlum oldu ki, o, sadəcə bəlli dairələrin nökəridir. "Bəlli dairələr" deyərkən ilk növbədə Rusiyaya diqqət yetirməliyik. Perincək Rusiyanın əlaltısı, "beşinci kolon"çusu kimi tanınır. Eyni zamanda, onun İranla da sıx əlaqələri var. Həmçinin bir ara PKK terror təşkilatının simpatizanı kimi də çıxış edib. Yəni ki, bu adam həm siyasi keçmişi, həm də bugünkü mövqeyi və əlaqələri baxımından olduqca kirli, toksik adamdır. Başqa sözlə desək, Doğu Perincək Türkiyədən başqa hamının maraqlarına xidmət etməyə hazırdır. Söbət təbii ki, təmənnalı xidmətdən, muzdlu qulluqdan gedir. Və belə bir satqın adamın, siyasi buqələmunun gəlib bu gün ravvinlər toplantısı ilə bağlı "tozanaq" qoparması ikrah doğurur. Doğu Perincək öz "ağa"larının razı qalması üçün hər cür obraza girməyə hazırdır. Belə siyasi "meyit"lər Azərbaycan-Türkiyə münasibətlərinə heç bir xələl gətirə bilməzlər".


İsmayıl Qocayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri