Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Cahandar Bayoğlu Rusiyanın planından danışdı: “İçimizdəki beşinci kolon...”

Cahandar Bayoğlu Rusiyanın planından danışdı: “İçimizdəki beşinci kolon...”

Icma.az, Sherg.az saytına istinadən bildirir.

“Əliyevin dik duruşunu həzm edə bilmirlər”“Rusiyanın bizə qənim kəsilməsinin səbəbi yalnız Qarabağ zəfəri deyil”“Azərbaycan heç bir dövlətə qul-köləlik etmir”

Rusiya mətbuatı Azərbaycana qarşı informasiya məkanında cəbhə açıb. AZAL-a məxsus təyyarəyə edilən hücum azmış kimi informasiya cəbhəsində də Azərbaycana yalan-yalnış ifadələrlə hücum edirlər. Azərbaycanı hədəf alan proqramlar və verlişlər sanki bir-birlərindən ilham alırlar. Avqustun 7-də "Sputnik" radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin "Rusiyanın terrorçu və ekstremistlər siyahısına" daxil edilməsi ilə bağlı absurd fikirlər səsləndirilib.

Qarayaxma kampaniyasını genişləndirərək 9 avqust tarixində "YouTube" platformasında, 16 avqustda isə "Spas" telekanalında Azərbaycan rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materiallar yayımlanıb. Terrorçuluğu özlərinə peşə seçib, başqalarına don biçənlərin təxribatçı əməlləri hər keçən gün daha qabarıq xarakter alır. Rəsmi Bakı dəfələrlə onların əməlləri barədə xəbərdarlıq etsə də, ritorika daha sərt formada davam etdirilib. Məhz buna görə Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. 

Mövzu ilə bağlı Turan Hərəkatının Başqanı Cahandar Bayoğlu Sherg.az-a bildirib ki, Azərbaycan hər zaman Rusiyanın hədəfində olub:

"Azərbaycan rəhbərliyinə qarşı ardıcıl şəkildə təhqiramiz və terror xarakterli davranışların nümayiş etdirilməsinin şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra bu kimi hallar daha da intensiv xarakter alıb. Həm mənəvi-psixoloji, həm də siyasi terrordan söhbət gedir. Hətta fiziki terror çağırışları da səsləndirilir. Rusiyanın rəsmi strukturları içərisində, İlham Əliyevin dik duruşunu həzm edə bilməyən və ona qarşı aşkar düşmənçilik aparan ssenari müəllifləri var. Bu qüvvələr Əliyevin timsalında birbaşa Azərbaycanla düşmənçilik eləyirlər. İş orasındadır ki, Azərbaycanı düşmən bilənlərin siyahısı qabarıqdır. Son dövrlər təhqiramiz və qeyri-etik davranışlar digər dövlətlər tərəfindən də geniş vüsət alıb. Avropa mətbuatı rəsmi şəxslərin əsassız açıqlamaları və uydurma faktlara söykənən dırnaqarası təhlil yazıları ilə doludur. Bunun bir adı var: Azərbaycanın müstəqil siyasətinə qarşı dirəniş. Qarabağ savaşında qazandığımız tarixi zəfər və sərgilədiyimiz prinsipial siyasət onların həzm edə bilmədiyi əsas reallıqdır. Bu gün Azərbaycan nə Vaşinqtonun, nə İsrail-İranın, nə də Rusiya və Çinin tərəfində yer alır”. 

Müsahibin sözlərinə görə, Rusiyanın bizə qənim kəsilməsinin kökündə yalnız zəfərimiz dayanmır:

“Əgər Ermənistanı işğaldan azad edən Azərbaycan Rusiyanın orbitində fırlansaydı, şübhəsiz ki, Rusiyanın tam dəstəyini qazanmış olardı. Burada söhbət Azərbaycanın heç bir dövlətə qul-köləlik eləməyən müstəqil siyasətindən gedir. Ölkəmizin nümayış etdirdiyi dik duruş qərəzli dairələri hücuma keçməyə təhrik edir. Kreml Ukraynaya göstərdiyimiz humanitar yardıma görə Azərbaycanı qınaq obyektinə çevirməməlidir. Biz Ukraynaya humanitar yardım etməklə, Rusiyanın dövlətçiliyini hədəf almırıq. Rəsmi Bakı dövlətlərarası münasibətlərdə bərabərhüquqlu siyasətə üstünlük verir. Bir tərəfdən Ukrayna ilə ikitərəfli münasibətləri qoruyur, digər tərəfdən Rusiya ilə qonşuluq balansını saxlayırıq. Nə Rusiyanın dövlət maraqlarına, nə də Rusiya-Ukrayna münaqişəsində Ukraynanın milli və dövlət mənafelərinə qarşı çıxış edirik. Müstəqil xarici siyasət yürüdən Azərbaycan beynəlxalq müstəvidə də Ukraynanın suverenliyinə hörmətlə yanaşılmasını vacib sayır. Məsələ yalnız səfirin çağırılması ilə bitməməli, Rusiya mətbuatının yalanlarına cavab olaraq etiraz notası ünvanlanmalıdır”. 

C.Bayoğlu onu da qeyd edib ki, Rusiyanın ölkəmizə qarşı həyata keçirdiyi ekspansionist siyasət davam etdikcə, onlara dirənişimiz bir o qədər sərtləşəcək:

“Bugünkü Azərbaycanın dövlət siyasətinə qarşı dünya güclərinin mübarizə aparması yersizdir. Azərbaycan Türk dünyası ilə birgə addımlayır və sürətlə yüksələn Türkiyə ilə sarsılmaz müttəfiqlik kursu yürüdür. Dövlətimizin mövqelərinin daha da möhkəmləndiyi bir vaxtda, Rusiyanın içimizdəki beşinci kolonunu və uzantılarını tamamilə zərərsizləşdirməyin zamanı gəlib çatmışdır. Elə etməliyik ki, təxribatçı ünsürlər, içimizdəki anti-millət ünsürlərlə birləşib, öz çirkli planlarını həyata keçirə bilməsinlər”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Avqust 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri