Icma.az
close
up
RU
Persepolis uduzdu, türkiyəli məşqçi iranlı jurnalistlərlə mübahisə etdi

Persepolis uduzdu, türkiyəli məşqçi iranlı jurnalistlərlə mübahisə etdi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran çempionatında 27-ci tura yekun vuruldu.

''Traktor''un ''Malavan''ı məğlub edərək liderliyini davam etdirdiyi turun mərkəzi oyunu ''Azadi'' stadionunda keçirildi. Tura 3-cü pillədə daxil olan İsmayıl Kartalın çalışdırdığı ''Persepolis'' 2-ci pillədə qərarlaşan ''Sepahan''ı qəbul etdi.
Kartalın komandası fanatlarını sevindirə bilmədi və meydandan 0:2 hesablı məğlubiyyətlə ayrıldı. Son 4 tura yalnız 4 xal qazanan və çempionluq şansı qalmayan Tehran təmsilçisinin 2-ci pilləni tutmaq şansı da əhəmiyyətli dərəcədə azaldı. Böyük təzyiq altında olan və İranda hələ ki, ümidləri doğrultmayan Kartalın oyunsonrası mətbuat konfransı gərgin keçdi.
Bəzən jurnalistlərlə söz davasına da çıxan 63 yaşlı çalışdırıcı ''Fənərbaxça''da işlədiyi dönəmdə əldə etdiyi uğurlu nəticələri gözə soxmağa çalışdı:

''Hədəfimiz yaxşı oyunla 3 xal qazanmaq və turnir cədvəlində ''Sepahan''ı geridə qoymaq idi. Onların ilk cinah asması qolla nəticələndi. Şokdan ayılana qədər öz qapımıza daha bir qol vurduq. İlk hissədə yaxşı oynamadıq. Dəyişikliklərdən sonra ikinci hissədə rəqib üzərində böyük təzyiq qurduq. Amma bütün cəhdlərimizə baxmayaraq qol vura və məğlubiyyətdən qurtula bilmədik. ''Sepahan''ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Fasilədən sonra oyun demək olar, bir qapıya getdi. Amma futbolda qələbə qazanmaq üçün qol vurmaq lazımdı. Bu gün xanım fanatlarımız stadiona gələrək bizi gözəl dəstəklədilər. Onlara təşəkkür edirəm. Onları sevindirə bilmədiyimiz üçün üzr istəyirik. Yeni və daha güclü bir komanda qurmaq istəyirik. Zatən neçə müddətdi, bunun planlarını qururuq. Komandanın baş müdürü Reza Dərviş və yönəticilərlə bu mövzuda bir neçə dəfə söhbətimiz olub. Bəzi mövqelərdə əsas oyunçular, bəzi mövqelərdə isə alternativ variantlar yoxdu. Reallıq məhz bu cürdü. Futbolda hər il çempion olmaq mümkün deyil. ''Persepolis'' keçən ildən başlayaraq enişdədi. Çünki bəzi əsas futbolçularını əldən verdi. Ona görə də ''Persepolis'' yenidən zirvəyə qayıtmaq üçün ən yaxşı oyunçuları almalıdı. Hər komandanın enişli-yoxuşlu yoxuşlu anları olur. Biz hazırda enişdəyik. Amma yeni mövsümə yaxşı hazırlaşmaq üçün zamanımız olacaq. Gələn mövsüm komandanın başında yer alacammı? Bu sualı mənə verməklə mənim burda qalmağımın tərəfdarı olmadığınızı göstərirsiz. Qərarı rəhbərlik verəcək. Onların qəbul etdiyi hər qərara hörmətlə yanaşacam. Mənim xarakterim də, işim də bəllidi. Özümə güvənirəm. Necə məşqçi olduğumu anlamaq istəyirsizsə, ''Fənərbaxça'' ilə Avropa Liqasında keçirdiyimiz oyunlara baxın. Burda da əlimdən gələni edirəm. 3 aydı, burdayıq. Bu müddət ərzində mən və köməkçilərim ailəmizi görmək üçün cəmi 1 dəfə Türkiyəyə getmişik. 3 aydı, günümüz yalnız oteldən məşqə, məşqdən otelə getməklə keçir. Amma xəstəliklər, zədələr və digər problemlər üzündən istənilən nəticələri qazana bilmirik. Sona 3 tur qalmış ''Sepahan'' ilə aramızda 5 xallıq fərq var. Hadisələrə real baxmaq lazımdı. Mən açıq sözlü insanam və hər zaman real danışmağı xoşlayıram. Az da olsa, 3-cü pilləni tutmaq üçün hələ şansımız var. Biz ilk növbədə üzərimizə düşəni edərək qalan 3 oyunda qalib gəlməliyik. Bundan sonra isə mövsümü neçənci pillədə bitirəcəyimizi birlikdə görəcəyik''.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri