Icma.az
close
up
RU
Türkiyəli məşqçi İrandakı həyatından və “Persepolis”in durumundan danışdı

Türkiyəli məşqçi İrandakı həyatından və “Persepolis”in durumundan danışdı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın sonlarında “Persepolis”lə anlaşaraq İran macərasına start verən İsmayıl Kartal “TRT Spor” kanalına maraqlı açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, Tehran təmsilçisi Asiya Çempionlar Liqasında mübarizəni dayandırmalı olsa da, daxili çempionatda hələ ki türkiyəli məşqçi ilə keçirdiyi 6 oyunun heç birində uduzmayıb (4 qələbə, 2 heç-heçə).
“Persepolis” 23 oyuna topladığı 47 xalla 2-ci pillədə qərarlaşıb. Lider “Traktor”un isə 1 oyun az keçirməsinə baxmayaraq, 48 xalı var. İrandakı həyatından, eləcə də bu ölkədəki futbolun səviyyəsindən danışan “Fənərbaxça”nın sabiq çalışdırıcısı bunları deyib:

“İran çempionatının səviyyəsi Türkiyə çempionatından geridə olsa da, fərq o qədər də böyük deyil. Burda daha çox fiziki gücə əsaslanan futbol oynanılır. İlk oyunlarda çox çətin rəqiblərlə qarşılaşmalı olduq. Həm də çempionatın ən yaşlı heyətinə malikik. Amma nə olur-olsun, “Persepolis”ə pozitiv futbol aşılayacağımı və fanatları sevindirəcəyimi dedim. “Persepolis” 40-45 milyon azarkeşi olan çox böyük bir klubdu. Hər ev oyunumuza 70-80 min, derbilərə isə hətta 100 min azarkeş gəlir. Klubun belə coşqulu azarkeş kütləsinə malik olması məni sevindirir. Cəmi iki aydı burdayam. Amma indidən medianın və fanatların rəğbətini qazandığımı söyləyə bilərəm. Çünki oynatdığım futbol onları da məmnun edir. İki ay ərzində bir dəfə də Tehranı gəzməyə çıxmamışam. Köməkçilərimlə birlikdə gecə-gündüz çalışırıq və yalnız oyunları təhlil edirik. Otellə baza arasında gedib-gəlirik. Burda yeganə problem bazada şəraitin yüksək səviyyədə olmamasıdı. Başqan və yönəticilərlə ilk görüşdə bazanın, eləcə də burdakı meydanların ot örtüyünün yetərli səviyyədə olmadığını vurğuladım. Bundan daha yaxşı çalışma şərtlərinə ehtiyac duyduğumuzu dedim. Onlar da iradlarımız qəbul edərək mənimlə razılaşdılar. Sağ olsunlar, yeni bir yer tapdılar və artıq ora köçmüşük.
Bundan başqa, mənə istədiyim şəkildə yeni bir baza tikəcəklərinə dair söz verdilər. Mən də çalışma sistemimə uyğun bir yerin olmasını səbirsizliklə gözləyirəm. Baza çox önəmlidi. Bir futbolçu transfer olunmadan öncə ilk növbədə klubun şəraitinə baxır. Baza klubun aynasıdı. İranda bu mövzuya bir qədər barmaqarası yanaşıldığı üçün bu məsələdə inkişaf yoxdu. Amma mən də onlara bu mövzuda əlimdən gələn qədər yardım edəcəyimi dedim. Bu, dərin məsələdi və başqa detallara girmək istəmirəm. Belə şeylərlə rəhbərlik məşğul olur. Mən isə əsasən futbolçuların hazırlığına, motivasiyasına cavabdehlik daşıyıram. Onlara daha gigiyenik və modern bir çalışma şəraiti yaratmalıyam ki, potensiallarından maksimum şəkildə yararlana bilim. Yeni bir yerə köçəndən sonra komandanın kapitanları və təcrübəli oyunçuları yanıma gələrək mənə minnətdarlıq etdilər. Bu günə qədər heç bir məşqçinin bunu etmədiyini, amma mənim qısa müddətdə buna nail olduğumu söylədilər”.


Kartal sonda Türkiyədəki çempionluq mübarizəsi ilə bağlı suala “kim layiqdisə, o da qazansın” cavabını verməklə kifayətləndi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Mart 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri