Icma.az
close
up
RU
Perspektivli fəaliyyət istiqamətləri

Perspektivli fəaliyyət istiqamətləri

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Dünya siyasi arenasında güclü liderlər öz dəqiq mövqeləri və strateji baxışları ilə fərqlənirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il avqustun 22-də Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli görüşün yekunlarına dair səsləndirdiyi bəyanat həm regionun gələcəyi, həm də qlobal enerji təhlükəsizliyi baxımından mühüm siyasi hadisə oldu. Bu çıxış, əslində, təkcə üç qardaş ölkənin qarşılıqlı münasibətlərinə işıq salmır, eyni zamanda Cənubi Qafqaz və Mərkəzi Asiyanın strateji xəritəsində yeni səhifə açır.

Prezident İlham Əliyev bəyanatında xüsusi olaraq qeyd etdi: “Azərbaycan, Türkmənistan və Özbəkistan arasında əməkdaşlıq tarixi köklərə, mədəni birliyə və ortaq maraqlara əsaslanır. Bu gün qəbul etdiyimiz qərarlar xalqlarımızın rifahına xidmət etməklə yanaşı, regionda sülhün və sabitliyin möhkəmlənməsinə də ciddi töhfə verəcək.” Bu fikirlər göstərir ki, Bakı görüşü təkcə iqtisadi xarakter daşımır, eyni zamanda siyasi etimadın möhkəmləndirilməsinə xidmət edən mühüm mərhələdir. Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında formalaşan əməkdaşlıq platformaları uzunmüddətli sabitlik və inkişaf üçün mühüm dayaqdır.
Görüşdə enerji əməkdaşlığı əsas müzakirə mövzularından biri oldu. Cənab Prezident İlham Əliyev vurğuladı: “Enerji resurslarının şaxələndirilməsi və birgə layihələrin həyata keçirilməsi bizim ümumi maraqlarımızı təmin etməklə yanaşı, Avrasiyanın enerji təhlükəsizliyinə də ciddi töhfə verəcək.” Burada söhbət təkcə neft və qaz layihələrindən getmir. Azərbaycanın yaşıl enerji gündəliyi – külək, günəş və hidrogen potensialı da Türkmənistan və Özbəkistanla əməkdaşlıq üçün yeni imkanlar açır. Xəzərin enerji xəritəsində Azərbaycan artıq tranzit və istehsalçı ölkə kimi öz sözünü deyib. İndi isə bu üçlük əməkdaşlığı regionu qlobal enerji dəhlizlərinin ən etibarlı hissəsinə çevirə bilər. Eyni zamanda, nəqliyyat-logistika sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzində oldu. Prezident İlham Əliyev qeyd etdi ki, “Orta Dəhliz artıq beynəlxalq miqyasda böyük maraq doğurur və bizim ölkələr bu dəhlizin əsas sütunlarıdır.” Bu isə Azərbaycanın uzun illərdir həyata keçirdiyi nəqliyyat strategiyasının uğurunun göstəricisidir. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Limanı, Zəngəzur dəhlizi layihəsi və digər infrastruktur təşəbbüsləri məhz bu günlər üçün hazırlanmış strateji addımlar idi.
Azərbaycan, Türkmənistan və Özbəkistanı birləşdirən amillərdən biri də ortaq mədəni irs, dil və din birliyidir. Bu fakt yalnız dostluq münasibətlərində deyil, həm də siyasi əməkdaşlıqda mühüm rol oynayır. Prezident İlham Əliyev bəyanatında bu məsələyə toxunaraq bildirdi: “Bizim xalqlarımızı birləşdirən dəyərlər əsrlərlə möhkəmlənib. Bu birliyin üzərində qurulan əməkdaşlıq daha dayanıqlı və səmərəli olacaq.” Mədəni yaxınlıq siyasi qərarların qəbulunu asanlaşdırır, qarşılıqlı etimadı artırır və əməkdaşlığa təbii zəmin yaradır. Bu isə regionun sabitlik dayaqlarını gücləndirən mühüm faktordur. Müasir dünyada enerji böhranları, qlobal ticarət müharibələri və geosiyasi risklər dövlətlərin həmrəyliyini daha da zəruri edir.
Türkmənistan–Azərbaycan–Özbəkistan üçtərəfli formatı məhz bu çağırışlara cavab olaraq ortaya çıxmış effektiv əməkdaşlıq modelidir. Azərbaycan Prezidenti bəyanatında bunu açıq şəkildə ifadə etdi: “Bizim birliyimiz təkcə xalqlarımıza deyil, həm də regiona və qlobal miqyasda sabitliyə xidmət edəcək.” Bu, diplomatik dildə sadə bir cümlə kimi görünsə də, əslində böyük siyasi yük daşıyır. Çünki burada söhbət təkcə iqtisadi faydadan deyil, həm də regional təhlükəsizlikdən, beynəlxalq münasibətlərdə yeni güc mərkəzinin formalaşmasından gedir. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri regionda əməkdaşlıq formatlarını tamamilə yeni müstəviyə çıxarıb. Türk Dövlətləri Təşkilatında, Qoşulmama Hərəkatında və digər beynəlxalq platformalarda olduğu kimi, Türkmənistan və Özbəkistanla üçtərəfli əməkdaşlıqda da Azərbaycanın liderliyi qabarıq görünür.
Prezidentin siyasi uzaqgörənliyi və diplomatik fəallığı nəticəsində Azərbaycan qlobal enerji xəritəsinin aparıcı mərkəzinə çevrilib. Türkmənistan, Azərbaycan və Özbəkistan arasında baş tutmuş yüksək səviyyəli görüş və onun yekunlarına dair cənab Prezident İlham Əliyevin bəyanatı region üçün tarixi dönüş nöqtəsidir. Bu sənəd sadəcə bir siyasi mətn deyil, həm də gələcək onilliklərin əməkdaşlıq yol xəritəsidir. Azərbaycanın liderliyi ilə formalaşan bu birlik, Avrasiya məkanında yeni güc balansı yaradır və qlobal miqyasda da böyük rezonans doğurur. Əslində, 22 avqust bəyanatı yalnız bugünkü maraqları deyil, həm də sabahın strateji hədəflərini müəyyənləşdirən bir sənəddir. Bu hədəflər içərisində Azərbaycan öz qətiyyətli mövqeyi, güclü diplomatiyası və milli maraqlara söykənən siyasəti ilə ön sıradadır.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri