Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Perspektivli kimya sənayesi

Perspektivli kimya sənayesi

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə kimya sənayesi məhsullarının istehsalında önəmli rol oynayır. Dövlət başçısının 30 iyul 2024-cü il tarixli Sərəncamı ilə ərazisi genişləndirilən sənaye parkında əlverişli biznes və investisiya mühiti yaradılıb. Ölkəmizdə fəaliyyət göstərən digər sənaye parklarında olduğu kimi, burada da sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktur təmin edilib, güzəşt və stimullar tətbiq olunur. Sənaye parkında sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin olunur. Həmçinin parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad edilir. Parkın rezidentlərinə indiyədək 900-dən çox təsdiqedici sənəd verilib ki, bunun nəticəsində rezidentlər texnika və texnoloji avadanlıqların idxalı zamanı 400 milyon manatdan çox vəsaitlərinə qənaət ediblər.
Sənaye parkında investisiya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan da artıq 28-i fəaliyyət göstərir. Sahibkarlar tərəfindən görülən işlərə indiyədək 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6300-dən artıq daimi iş yeri yaradılıb. 2015-ci ildən 2025-ci ilin I yarımilliyi daxil olmaqla Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə təxminən 14,4 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 5,2 milyard manata yaxın hissəsi ixracın payına düşür. Bu ilin birinci yarısında sənaye parkında 1,1 milyard manatdan çox məbləğdə məhsul satışı olub ki, bunun da 545 milyon manata yaxın hissəsi ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə ixrac təqribən 20%-ə yaxın artıb.
Qeyd edək ki, son dövrlərdə kimya sənayesi məhsullarının istehsalında mühüm artım müşahidə olunur. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın kimya sənayesində istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 955 milyon manatı ötüb. Bu artımda Sumqayıt Kimya Sənaye Parkının xüsusi çəkisi var. Parkda istehsal edilən tikinti kimyəvilərinin, polad və polimer boruların, sürtkü yağlarının, polimerlərin, karbamidin, müxtəlif çeşiddə kabellərin, şüşə lövhələrin, keramik plitələrin və s. məhsulların ixracı istiqamətində də əhəmiyyətli uğurlar əldə edilib. Bu növ məhsullar dünyanın 70-dən artıq ölkəsinə “Made in Azerbaijan” brendi ilə ixrac olunub.
Dövlət başçısı İlham Əliyev Çinin Tiencin şəhərində “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşü və bu görüşdə neft-kimya sənayesi, neft emalı və kimyəvi məhsulların istehsalı sahələrində əməkdaşlığın müzakirə olunması, Azərbaycanın iqtisadi və sənaye inkişafı baxımından çoxşaxəli və strateji faydalar vəd edir.
CNCEC dünyada neft-kimya, gübrə və emal sənayesində yüzlərlə meqalayihəni həyata keçirmiş transmilli mühəndislik şirkətidir. Şirkətin Azərbaycana investisiyaya cəlb olunması ən son texnologiyaların ölkəyə gətirilməsinə, mövcud neft-kimya infrastrukturlarının (“SOCAR Polymer”, Sumqayıt Kimya Parkı və s.) modernləşdirilməsinə, yeni istehsal zəncirlərinin qurulmasına, eyni zamanda, Azərbaycanın sənaye strukturunun dərinləşməsinə, neft-kimya sektorunun diversifikasiyasına, ixrac potensialının artmasına, texnologiya və kapital axınına şərait yarada bilər. Bu, Azərbaycanın xammaldan hazır məhsula keçid strategiyasını sürətləndirəcək. İki ölkə arasında əməkdaşlıq Azərbaycanın iqtisadi dayanıqlılığını gücləndirən və onu regional sənaye mərkəzinə çevirə biləcək bir addımdır.
CNCEC Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika və Okeaniya daxil olmaqla, dünyada çoxsaylı layihələr icra edir. 2022-ci ilədək şirkət 1200 dən çox layihə həyata keçirib, dünyanın 55 ölkəsində fəaliyyət göstərib. 2022-ci ildə CNCEC ümumi podratçılar arasında gəlirə görə dünyada 16 cı, yalnız xarici layihələrdən gəlirə görə isə 20 ci yeri tutub. CNCEC-in 2023-cü ildə dövriyyəsi 179,2 milyard yuan təşkil edib. 2023-cü il şirkətin xalis mənfəətində təqribən 5,43 milyard yuan məbləğində artım qeydə alınıb. “Eulerpool” açıqladığı rəqəmlərə görə, bu il şirkətin dövriyyəsi 202,41 milyard yuan olub ki, bu da ötən ilə nisbətən əhəmiyyətli artım deməkdir.
Prezident İlham Əliyevin “Powerchina Group” şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşündə müzakirə olunan sahələr yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika, yaşıl hidrogen layihələri, tikinti və avadanlıq istehsalı — Azərbaycan üçün çox strateji və əhəmiyyətli əməkdaşlıq istiqamətləridir. “Powerchina”nın yaşıl enerji üzrə təcrübəsi Azərbaycanda günəş, külək və yaşıl hidrogen layihələrinin reallaşmasına töhfə verə bilər. Bu, ölkənin enerji balansını təmiz enerji mənbələri ilə zənginləşdirəcək, karbon izinin azalmasına yardımçı olacaq. Yaşıl hidrogen kimi innovativ enerji formaları Azərbaycana enerji diversifikasiyası və beynəlxalq ekoloji standartlara uyğunluq imkanı verəcək.
Azərbaycanla Çin arasındakı strateji tərəfdaşlıq çərçivəsində “Powerchina”nın fəaliyyəti iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün əlverişli platformadır. Bu şirkətin layihələri Çin-Azərbaycan ticarət dövriyyəsini və investisiya mübadiləsini daha da gücləndirə bilər.
“Powerchina Group” ilə əməkdaşlıq Azərbaycanın enerji, ekoloji və infrastruktur sahələrində modernləşməni sürətləndirir, davamlı, yaşıl iqtisadi artımı dəstəkləyir və yerli sənayenin inkişafına təkan verir. Çin üçün isə strateji bazar və texnologiya ixracı imkanlarını artırır. Bu əməkdaşlıq regionda qarşılıqlı faydalı və uzunmüddətli iqtisadi tərəfdaşlıq üçün vacib addımdır.
“PowerChina” şirkəti infrastruktur, enerji və hidroenergetika layihələrində qlobal miqyasda mühəndislik və tikinti xidmətləri göstərən nəhəng korporasiyadır. Şirkət, əsasən dünyasəviyyəli dövlət mənsubiyyətli mühəndislik-tikinti və investisiya qrupu olaraq, hidroenerji, təmiz və bərpaolunan enerji, infrastruktur, su resursları və ətraf mühit kimi strateji sahələrdə gücünü göstərir. Geniş beynəlxalq şəbəkəsi, çoxsaylı törəmə şirkətləri və yüksək reytinqi ilə qlobal infrastruktur bazarında aparıcı rol oynayır. 2023-cü ildə gəliri 97 milyard dollar təşkil edən şirkətin fəaliyyəti 130-dan çox ölkə və bölgədə mövcuddur.
Çin üçün Azərbaycanın əlverişli investisiya mühiti və strateji mövqeyindən istifadə edərək, yüksək texnologiyalı məhsulların dünya bazarlarına ixracını artırmaq imkanı yaranacaq. Çin şirkətləri regionda öz mövcudluğunu genişləndirərək beynəlxalq rəqabətdə üstünlük qazanacaqlar. Ölkələrimiz arasında əməkdaşlıq həm iqtisadi inkişaf, həm də strateji tərəfdaşlıq baxımından hər iki ölkə üçün qarşılıqlı faydalı və uzunmüddətli perspektivlər vəd edir. Azərbaycanın yaşıl enerji sahəsində texnoloji tərəqqisi Çin investisiyalarının dəstəyi ilə daha da sürətlənəcək, iki ölkənin strateji əlaqələri möhkəmlənəcək.
Ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin artması və əməkdaşlıq layihələrinin genişlənməsi Azərbaycan-Çin münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 2,1 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz artım deməkdir. 2024-cü ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 3,73 milyard dollar olub. Bu dövriyyənin böyük hissəsini Çin məhsullarının idxalı təşkil edir.
Azərbaycan və Çin arasında əməkdaşlıq yalnız iqtisadi layihələrlə məhdudlaşmır, həmçinin siyasi və strateji səviyyədə də güclü tərəfdaşlıq mövcuddur. Bu əlaqələr “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində daha da genişlənir. Azərbaycan Asiya ilə Avropa arasında nəqliyyat və ticarət körpüsü olmaqla yanaşı, Çin üçün mühüm tranzit ölkəyə çevrilib. 2024-cü ildə Orta Dəhliz vasitəsilə Azərbaycan və Çin arasında tranzit yük daşımaları 86 faiz artaraq 378 min ton təşkil edib. İkitərəfli əlaqələrin inkişafı iki ölkənin strateji maraqlarını və regionda sabitliyi təmin edir. Çin şirkətləri Azərbaycanın əlverişli coğrafi mövqeyi, sabit iqtisadi mühiti və geniş potensialı sayəsində ölkəmizə böyük maraq göstərir. Energetika, nəqliyyat, tikinti və informasiya texnologiyaları kimi sahələrdə Çin investisiyaları Azərbaycan iqtisadiyyatının diversifikasiyası və dayanıqlı inkişafına əhəmiyyətli töhfə verir. Çin şirkətlərinin Azərbaycana investisiya marağının artması iqtisadiyyatın diversifikasiyası, regionda inteqrasiyanın gücləndirilməsi və yeni iş yerlərinin yaradılması üçün geniş imkanlar açır.
Mahir Həmzəoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Sentyabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri