Icma.az
close
up
RU
Peruda 3 min əvvələ aid nadir rəngarəng freska tapılıb

Peruda 3 min əvvələ aid nadir rəngarəng freska tapılıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 avqust, AZƏRTAC

Perunun şimal-qərb sahilində arxeoloqların yeni kəşfi mütəxəssislər tərəfindən hətta qədim artefaktlarla zəngin olan bu bölgə üçün belə “görünməmiş” tapıntı adlandırılıb.

AZƏRTAC “Livescience” nəşrinə istinadla xəbər verir ki, arxeoloqlar Huaka Yolanda məbəd kompleksindəki nisbətən nazik yer təbəqəsi altında qeyri-adi dərəcədə yaxşı qorunub saxlanılan təxminən 3 min il yaşı olan freska aşkar ediblər. Buradakı divarlarda mavi, sarı, qırmızı və qara boyaların parlaq rəngləri hələ də görünür. Bu təsvirlərdə balıqlar, bitkilər, ulduzlar və mənası hələ də deşifrə edilməmiş mifoloji varlıqların fiqurları əks olunub.

Tapıntının ölçüləri heyranedicidir: freskanın təxminən altı metr uzunluğu və üç metr hündürlüyü var. Nadir kəşfi edən alimlər qrupunun rəhbəri, Peru Papa Katolik Universitetinin arxeoloqu Sesiliya Maurisionun sözlərinə görə, rəsm Formativ dövrə (e.ə. 2000-1000-ci illər) aid yerli məbədin atriumunun daxili divarlarını bəzəyib. Məhz həmin dövrdə mürəkkəb cəmiyyətlər ilk dəfə indiki Peru ərazisində formalaşmağa başlayıb, burada din, incəsənət və müxtəlif sosial ayinlər getdikcə daha əhəmiyyətli rol oynayıb.

Freskanın cənub tərəfində qanadları uzadılmış və başında almaz şəkilli naxışlı iri quş, ola bilsin ki, qartal və ya şahin təsvir edilib. Şimal tərəfi bitkilərin təsvirləri, ulduzlar və insanabənzər siluetlərlə bəzədilib. Maurisionun fikrincə, bu fiqurlar insan dünyası ilə fövqəltəbii güc arasında vasitəçi hesab edildiyi üçün həmin dövrdə cəmiyyətdə böyük nüfuza malik olan şamanların obrazları ola bilər.

Maraqlıdır ki, Yolanda tapıntısı eyni dövrün digər abidəsi Şavin de Untarın məşhur rəsmlərindən fərqlənir. Orada dağlıq bölgələrin kahinləri cəngəllik yırtıcılarını - yaquarları və ilanları təsvir edirlər. Burada isə əsas bədii motiv sahil icmalarının xüsusi mədəni ənənələrini əks etdirən balıq və dəniz naxışlarıdır. Bu, sahilin qədim sakinlərinin dağ qonşularından fərqli olaraq özünəməxsus mədəniyyətini inkişaf etdirdiyini göstərir. Dəniz yaxınlığında yaşayan insanlar balıqçılıqdan və dəniz ehtiyatlarından asılı idilər. Buna görə də dənizin və onun simvollarının onların ruh dünyasının ayrılmaz hissəsinə çevrilməsi təəccüblü deyil.

Bu kəşf alimlər üçün xüsusilə qiymətlidir, çünki dünya arxeologiyasında belə tapıntılar olduqca nadirdir. Qədim freskaların əksəriyyəti zamanın və iqlim faktorlarının dağıdıcı təsirlərinə görə günümüzə qədər gəlib çatmayıb. Alimlərin tablonu bu qədər yaxşı vəziyyətdə, rənglərin və aydın təsvirlərin qorunub saxlanmış halda tapması əsl möcüzədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri