Icma.az
close
up
RU
Arxeoloqlar Peruda 3500 il əvvələ aid şəhər tapıblar

Arxeoloqlar Peruda 3500 il əvvələ aid şəhər tapıblar

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 iyul, AZƏRTAC

Arxeoloqlar Peruda 3500 il əvvəl mövcud olmuş şəhər tapıblar. O, ehtimal ki, Yaxın Şərq və Asiyada ilk sivilizasiyalarla eyni vaxtda çiçəklənən Sakit okean sahilləri mədəniyyətlərini And dağları və Amazondakı mədəniyyətlərlə birləşdirən ticarət mərkəzi rolunu oynayıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar tərəfindən yayımlanan dron görüntüləri şəhər mərkəzinin dəniz səviyyəsindən təxminən 600 metr (1970 fut) hündürlükdə tikilmiş daş və palçıqdan olan binaların qalıqları ilə yamacın terrasındakı dairəvi quruluşla işarələndiyini göstərir.

Peniko adlı şəhər mərkəzi Barranka əyalətinin şimalında yerləşir və eramızdan əvvəl 1800-1500-cü illər arasında inşa edilib. Qədim yaşayış məskəni Amerika qitəsində ən qədim olan Karal-Supe sivilizasiyasının 5000 il əvvəl inkişaf etdiyi yerə yaxın olub.

Otuz iki monumental tikilidən ibarət olan Karal-Supe Misir, Hindistan, Şumer və Çində sivilizasiyaların müasiri hesab olunur. Lakin, onlardan fərqli olaraq, tədqiqatçıların fikrincə, tam təcrid olunmuş şəkildə inkişaf edib.

Penikoda tədqiqata rəhbərlik edən arxeoloq Rut Şedi yeni tapılan şəhərin tarixi öyrənmək baxımından çox mühüm olduğunu bildirib. Belə ki, ekspertlər Karal-Supe sivilizasiyasının iqlim dəyişikliyi nəticəsində süqut etdiyinə inanırlar. Arxeoloq əlavə edib: “Bu şəhər ticarət baxımından,, sahildə, dağlıq ərazilərdə və cəngəllikdə yaşayan icmalarla mübadilə üçün strateji bir məkanda yerləşib”.

Peru Mədəniyyət Nazirliyinin tədqiqatçısı, arxeoloq Marko Maçakuay mətbuat konfransında bildirib ki, Penikonun əhəmiyyəti onun Karal cəmiyyətinin davamı olmasındadır.

Səkkiz il davam edən tədqiqatlardan sonra arxeoloji ekspedisiya Penikoda mərasim məbədləri və yaşayış kompleksləri də daxil olmaqla 18-ə qədər tikili aşkarlayıb. Mərkəzi meydanın divarları heykəltaraşlıq relyefləri və səsi uzun məsafələrə yayılan pututu adlı alətin təsvirləri ilə seçilir. Arxeoloqlar digər binalarda insan və heyvan fiqurlarının gildən heykəlləri, mərasim əşyaları, muncuq boyunbağılar tapıblar.

Peru qədim mədəniyyətlərin mərkəzidir və Kuskodakı Maçu Pikçu İnka xarabalıqlarına, ölkənin mərkəzi sahili boyunca səhra bölgəsində yerləşən əsrarəngiz Nazka xətləri kimi arxeoloji obyektlərə malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyul 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri