Icma.az
close
up
RU
İğdır Naxçıvan qaz kəməri böyük işlərin başlanğıcıdır RƏYLƏR

İğdır Naxçıvan qaz kəməri böyük işlərin başlanğıcıdır RƏYLƏR

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan və Türkiyə bərabər hərəkət etdikdə istənilən problemi həll etməyə qadirdirlər


Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq və birlik əlaqələrinin dərin kökləri var. Ortaq kök, oxşar mədəniyyət, din və dilimiz, adət və ənənələrimiz bu əlaqələri şərtləndirən amillər arasında xüsusi yer tutur. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə dəstək olduqlarını, qardaşlıq münasibətlərini ən yüksək səviyyədə yerinə yetirdiklərini nümayiş etdiriblər. Bu münasibətləri tarix də isbat edir. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun uzun müharibələr və münaqişələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün mühüm dönüş nöqtəsi olub. Bütün tarixi hadisələrə düzgün və dəqiq qiymət verən Ümummilli Lider Heydər Əliyev bu tarixi hadisə barədə belə demişdi: “Türk Ordusunun Azərbaycana gəlməsi, vətənimizi daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır”. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini əks etdirməklə yanaşı, iki xalq arasında dillər əzbəri olub. Sevincdə də, kədərdə də bir olan Türkiyə-Azərbaycan əlaqələri, Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev arasındakı qardaşlıq və dostluq münasibətləri bütün dünyaya örnəkdir. Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilərkən bu möhkəm qardaşlıq əlaqələri də bir daha dünyaya nümayiş edildi. Açılış mərasimindən sonra liderlər mətbuata önəmli mesajlarla çıxış etdilər. Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz xəttinin açılışını Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gün olduğunu dedi. Ölkə rəhbəri vurğuladı ki, Naxçıvan qədim Azərbaycan torpağıdır, ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb: "Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərib. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular. Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdi və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdi". Prezident qeyd edib ki, Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi. Eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatıb. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir. Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır". Ölkə başçısı bəyan edib ki, birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi: "Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi". Prezident Rəcəb Tayyib Ərdoğan da deyib ki, “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərində hər sahədə böyük irəliləyişlər əldə edilib: "Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır. Bəzilərinin xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi, “Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha irəliyə aparmağa nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri – TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq. Bu sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam uzlaşma içərisindəyik".


Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu "Sherg.az"a deyib ki, həqiqətən böyük tarixi əhəmiyyətə malik hadisələr yaşanır. Deputatın sözlərinə görə, önəmli hadisənin əhəmiyyətini dərk etmək üçün tarixi analitik, həm də tarixi müqayisəli metodla yenidən yaddaşımızı təzələməliyik: 


"1990-cı illərin əvvəllərində Naxçıvana qaz verilmirdi, bölgə blokada şəraitində idi. İnsanlar, soyuqdan aclıqdan ərazini tərk etmək məcburiyyətində qalırdılar. Naxçıvana təyyarə getmirdi, quru yollar bağlı idi. İran üzərindən böyük məşəqqətlərlə gedirdik, azərbaycanlılara maneələr törədilirdi. O zaman danışıqlardan sonra İrandan bir miqdar qaz alınmışdı. Ancaq bu, Naxçıvan əhalisinin tələbatını ödəmirdi. Həmin illərdə Ulu Öndər Naxçıvanda Ali Məclisin sədri idi. Təsəvvür edin, Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilir, oturduğu binada qaz yoxdur. Bakıdan gedənlər, "91-lər" bunu yaxşı xatırlayırlar. Yaddaşımızda mütləq saxlamalıyıq ki, o günlərdən bu günə necə gəldik. Həmin vaxt Ulu Öndər Heydər Əliyev "Ümid" körpüsünü qardaş ölkənin ozamankı Prezidenti Süleyman Dəmirəllə birlikdə açaraq Naxçıvana həyat yolu açmış oldu. Bir tarixi məqamı qeyd edim ki, 1925-ci ildə İranda Məhəmməd Şah Pəhləvi hakimiyyətə gətirilir, türk sülaləsinin hökmranlığına son qoyulur. İran şahı Türkiyə Cümhuriyyəti ilə yeni statusda qonşuluq əlaqələrini bərpa etmək üçün Türkiyəyə səfər edir. Şahın anası və həyat yoldaşı türk olduqlarına görə, o, türk dilini bilirdi. Atatürklə Şah Pəhləvi arasındakı danışığı izləyə bilərlər. Atatürk Naxçıvanla əlaqənin qurulması məqsədilə Dilucu bölgəsini, təxminən 14 km.lik bir ərazini öz hesabına satın alır. Ona görə də biz 13,8 km.lik ərazini böyük dövlət xadimi, Ulu Öndər Atatürkə borcluyuq". 

Parlament üzvü vurğulayıb ki, Azərbaycan Prezidenti tarixə ekskurs edərək Naxçıvanın Azərbaycandan coğrafi baxımdan nəyə görə ayrılması məsələlərinə toxundu və yüz il rəqəmini səsləndirdi: "Dövlət başçısı yüz illik intervalı, yəni 1918-20-ci illər və 2020-ci ili götürdü. 1918-ci ildə Osmanlı dövləti çökdü, dağıldı. Azərbaycanda demokratik cümhuriyyət quruldu, amma 1920-ci ildə işğal edildi. O zaman Naxçıvanla, Azərbaycanın bölüşdürülməsi ilə bağlı 3 mühüm konfrans keçirilmişdi. Batum, Moskva və 1921-ci ildə Qars konfransları keçirildi. Yenə də Atatürkün səyi nəticəsində Naxçıvana Azərbaycan daxilində muxtariyyət verilməsi məsələsi qaldırıldı və prinsipial şəkildə müdafiə olundu. Məhz Naxçıvanın Azərbaycanın daxilində qalması Qars müqaviləsində qeyd olunur. Hətta bunun müqabilində Atatürk Batumu gürcülərə güzəştə gedir. Qars müqaviləsində xüsusi qeyd olunur ki, Türkiyənin razılığı olmadan Naxçıvanın statusu dəyişdirilə bilməz. Əks halda Qərbi Zəngəzur kimi Naxçıvanı da Ermənistana verəcəkdilər. Biz Türkiyəyə, Atatürkün uzaqgörənliyinə borcluyuq ki, Naxçıvan məsələsində qarant ölkə rolunu oynadı. Naxçıvan bu qədər strateji önəmə malik ərazi idi. Ümummilli Lider Heydər Əliyev Süleyman Dəmirəllə danışarkən Qars müqaviləsinin surətini istəmişdi. Çünki həmin müqavilə SSRİ tərəfindən itirilmişdi və o zaman Naxçıvan çox çətin vəziyyətdə idi. Türkiyə arxivlərindən Qars müqaviləsinin surəti çıxarılaraq Ulu Öndər Heydər Əliyevə göndərilir. Ermənilər Naxçıvana hücum etmək istəyirdi və artıq Sədərək tərəfindən təcavüz başlamışdı. Heydər Əliyev Qars müqaviləsini tədqiq edəndən sonra birmənalı bəyan etdi ki, Naxçıvana heç kim heç nə edə bilməz, çünki Türkiyə və Rusiya qarantor ölkələrdir".

Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı da "Sherg.az"a deyib ki, dövlət başçıları - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərini açmaları sadəcə uzun illər boyu təcavüzkar Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvanın qaz təchizatı probleminin həll edilməsi demək deyil. Deputatın sözlərinə görə, bu, cənab Prezidentimizin mərasimdəki nitqində dediyi kimi, Azərbaycan-Türkiyə qardaşlığında önəmli bir gündür: 


"Bir il yarım əvvəl başladılan layihənin həyata vəsiqə alması ölkələrimizin əzmini göstərir. Nitqdə Naxçıvanın Azərbaycanın digər ərazilərindən ayrı düşməsinin tarixinə nəzərə yetirilməsi, məncə, təkcə tarixi yaddaş məsələsi deyil, bu problemin həllinin siyasi, diplomatik, informasiya bazasının hazırlanmasıdır. Naxçıvanın enerji təhlükəsizliyində mühüm amil olan kəmər qardaşlığımızın nümunələrindən biri olmaqla türk dövlətlərinin də mövqelərini gücləndirir. Dövlət başçımızın dediyi kimi, Azərbaycan və Türkiyənin həyata keçirdikləri Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələri ölkələrimizi birləşdirməklə yanaşı Avrasiyanın enerji xəritəsini dəyişdi. Avropanın bir neçə ölkəsi bu gün Azərbaycandan aldığı qazın hesabına enerji təhlükəsizliyini təmin edir. Ölkələrimizi gücləndirən həmin layihələr türk dünyasının birləşdirilməsində mühüm rol oynayırlar. İğdır-Naxçıvan qaz kəmərinin açılışı bir daha göstərdi ki, Azərbaycan və Türkiyə bərabər hərəkət etdikdə istənilən problemi həll etməyə qadirdirlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Mart 2025 06:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see123

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri