Icma.az
close
up
RU
Pərviz Şahbazov Vyanada OPEC, GECF in Baş katibləri və misirli həmkarı ilə görüşlər keçirib

Pərviz Şahbazov Vyanada OPEC, GECF in Baş katibləri və misirli həmkarı ilə görüşlər keçirib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Vyana, 9 iyul, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Vyanada 9-cu OPEC Beynəlxalq Seminarı çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamel və Misirin neft və mineral ehtiyatlar naziri Kərim Bədəvi ilə görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, OPEC-in Baş katibi Haysam Əl-Qays ilə görüşdə neft bazarının tənzimlənməsinin cari vəziyyəti, neft sənayesində inkişaf tendensiyaları və OPEC+ formatında əməkdaşlığa dair məsələlər müzakirə edilib. Söhbət zamanı neft bazarında sabitliyin qorunub saxlanmasında OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığının töhfələri qeyd edilib. Azərbaycanın bu prosesdə rolu yüksək qiymətləndirilib.

GECF-in Baş katibi Mohamed Hamel ilə görüşdə isə Azərbaycanın təşkilatla əməkdaşlığı və qlobal qaz sektorunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı GECF-in COP29 çərçivəsində təbii qazın ekoloji üstünlüklərinin vurğulaması, onu əlçatan, sərfəli və davamlı enerji mənbəyi kimi tanıdılması, dekarbonizasiya sahəsində texnoloji nailiyyətlərin nümayişi və bu istiqamətdə dialoq və təcrübə mübadiləsinə şərait yaradılması məqsədi daşıyan panel və pavilyonlarının əhəmiyyəti xatırladılıb, bu təşəbbüslərə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edilib. Energetika naziri Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) cari ilin 23 oktyabr tarixində Qətərdə keçiriləcək keçiriləcək Nazirlər Toplantısına dəvət edilib.

Misirin neft və mineral ehtiyatlar naziri Kərim Bədəvi ilə görüşdə əsas müzakirə mövzusu iki ölkə arasında enerji əlaqələrinin möhkəmləndirilməsi olub. Dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafına təkan verdiyi qeyd olunub. Bu çərçivədə neft və neft məhsulları, LNG ticarəti, hasilat və kəşfiyyat layihələri, emal, habelə dekarbonizasiya və insan kapitalının inkişafı sahələrində əməkdaşlığa Protokol, həmçinin elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığı vurğulanıb. Söhbət zamanı hasilat, neft-kimya və emal sahələrində əməkdaşlığa maraq ifadə edilib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri