Pərviz Şahbazov Vyanada OPEC Beynəlxalq Seminarında iştirak edib
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyanada keçirilən 9-cu Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Beynəlxalq Seminarında (“OpecSeminar”) iştirak edib. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarında dayanıqlı enerji təchizatının təmin olunmasında investisiyaların vacibliyi, Azərbaycanın enerji trilemmasında və Avropaya neft-qaz təchizatında oynadığı strateji rol, eləcə də karbohidrogenlərin qlobal enerji balansındakı gələcək mövqeyi ilə bağlı fikirlərimizi bölüşdük", - o qeyd edib.

Pərviz Şahbazov Beynəlxalq Enerji Forumunda iştirak edəcək
16 Noyabr 2024 10:44
Pərviz Şahbazov İstanbulda Beynəlxalq Enerji Forumunda iştirak edəcək
16 Noyabr 2024 10:33
Pərviz Şahbazov Vyanada OPEC, GECF in Baş katibləri və misirli həmkarı ilə görüşlər keçirib
09 İyul 2025 19:02
Pərviz Şahbazov: Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir
09 İyul 2025 20:43
Pərviz Şahbazov: OPEC lə əməkdaşlığa dair müzakirələr apardıq
09 İyul 2025 18:48

