Peşə təhsili müəssisələri məzunlarının məşğulluq göstəriciləri təhlil ediləcək AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 10 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Elm və Təhsil Nazirliyinin Aparatının Peşə təhsili siyasəti şöbəsi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri arasında görüş olub.
Observatoriyadan AZƏRTAC-a verilən məlumata görə, görüş iştirakçılarına qurum tərəfindən əmək ehtiyatlarının təhsil pillələri üzrə mütəmadi olaraq aparılan təhlillərin cari vəziyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, təhlilin nəticələri əmək bazarında ən çox ehtiyac yaranan istiqamətləri müəyyənləşdirməyə imkan verir.
Görüşdə Milli Observatoriya tərəfindən peşə təhsili pilləsi üzrə tələbə qəbulu planının formalaşdırılmasına dəstək olacaq əmək bazarının aktual və proqnozlaşdırılan ehtiyaclarının müəyyən edilməsi istiqamətində tədqiqatın aparılması haqqında razılıq əldə edilib.
Habelə tərəflər arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 10 Yanvar 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















