Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq?

Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq?

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Azərbaycanda peşə təhsili sistemində genişmiqyaslı dəyişikliklərə hazırlıq gedir. Elm və Təhsil Nazirliyi qüvvədə olan 800-dən çox peşə ixtisasını əhatə edən təsnifatın tamamilə yenilənməsi üzərində işləyir. Yeni layihəyə əsasən, ixtisasların sayı təxminən 250-yə endiriləcək. Nazirlik bunu əmək bazarında baş verən dəyişikliklər, bəzi ixtisaslar üzrə uzun illərdir kadr hazırlığının aparılmaması və iqtisadiyyatın müasir tələbləri ilə əsaslandırır.

Bəs ixtisasların sayının üç dəfəyə yaxın azaldılması peşə təhsilinin keyfiyyətinə necə təsir edəcək?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Musavat.com-a bildirib ki, ümumilikdə ixtisasların sayının üç dəfəyə yaxın azaldılması peşə təhsilinin strukturunun müasirləşdirilməsi istiqamətində atılan zəruri və mütərəqqi addım kimi dəyərləndirilməlidir: "Bunun keyfiyyətə və əmək bazarına təsiri prizmasından yanaşdıqda görünür ki, bu islahat peşə təhsilinin keyfiyyətini aşağı salmayacaq, əksinə, onu növbəti inkişaf mərhələsinə daşıyacaq. Dar ixtisaslaşma əvəzinə tələbələr daha geniş profilli sahələrə yiyələnəcəklər ki, bu da çeviklik və çoxşaxəli peşə bacarıqları baxımından mühüm əhəmiyyət kəsb edir.

Məsələn, ayrıca torpaqşünas və ya aqronom əvəzinə daha funksional və müasir “aqrotexnologiya mütəxəssisi” ixtisası formalaşacaq. Bununla yanaşı, inter-, trans- və multidissiplinar ixtisasların inkişafı müasir əmək bazarının tələblərinə cavab verən keyfiyyətli kadr potensialının formalaşmasına gətirib çıxaracaq. Resursların effektiv konsentrasiyası baxımından da mən bu islahatı yüksək qiymətləndirirəm. Çünki 800 ixtisas üzrə eyni vaxtda müasir laboratoriyaların, dərsliklərin və peşəkar kadr heyətinin formalaşdırılması təbii ki, mümkün deyil. İxtisas sayının azaldılması dövlət və özəl sektorun maliyyə resurslarının real tələbat olan sahələrə, müasir avadanlıqlara və keyfiyyətli tədris mühitinə yönəldilməsini təmin edəcək".

İlqar Orucovun fikrincə, bu, dual təhsilin inkişafını da stimullaşdıracaq: “İşəgötürənlər kağız üzərində mövcud olan, lakin praktik əhəmiyyətini itirmiş ixtisaslar deyil, biznesin bugünkü ehtiyaclarına birbaşa cavab verən 250 ixtisas üzrə fəaliyyət göstərən təhsil müəssisələri ilə daha asan əməkdaşlıq quracaq və tələbələr üçün real təcrübə imkanları yaradacaqlar. Bu, son dərəcə vacib məsələdir. Ümumilikdə mən istər peşə təhsilində, istər ali təhsildə, istərsə də orta ixtisas təhsilində dual təhsil modelinə xüsusi önəm verilməsini çox mühüm hadisə hesab edirəm. Mən hər zaman bu prizmadan çıxış edərək tənqidi mövqeyimi də ifadə etmişəm ki, mütləq şəkildə dual təhsilə üstünlük verilməlidir. Hesab edirəm ki, məhz bu islahat dual təhsilin stimullaşdırılması baxımından olduqca faydalı olacaq".

Mütəxəssis düşünmür ki, burada peşələrin sıradan çıxması kimi bir risk var: "Bu addım peşələrin yox olması deyil, artıq aktuallığını itirmiş, praktik əhəmiyyət daşımayan və "ölü ixtisaslar" adlandırılan istiqamətlərin arxivə göndərilməsi deməkdir. Ümumilikdə bir çox ixtisaslar üzrə onilliklərdir kadr hazırlanmır və ya həmin peşələr texnoloji tərəqqi nəticəsində tamamilə aktuallığını itirib. Məsələn, köhnə nəsil rabitə xidmətçiləri, mexaniki maşın operatorları və bu qəbildən olan bir sıra ixtisaslara bu gün real ehtiyac qalmayıb. Bu islahat əmək bazarını süni şəkildə şişirdilmiş və artıq tələb olunmayan ixtisaslardan təmizləyəcək".

İlqar Orucov həmçinin qeyd edib ki, yeni və perspektivli ixtisaslar ön plana çıxacaq:

"Bunlar gələcəyin peşələri hesab olunur. Süni intellektin, rəqəmsallaşmanın və avtomatlaşdırmanın sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycanın peşə təhsili sistemində yeni ixtisasların yaradılması üçün məhz həmin sahələrə yer ayrılması olduqca vacibdir. Burada ilk növbədə süni intellekt və böyük verilənlər ("Big Data") üzrə texniki mütəxəssisləri qeyd etmək olar. Şirkətlərdə süni intellekt alətlərini tənzimləyən, tətbiq edən və məlumat bazalarını idarə edən texniki heyətə ciddi ehtiyac var. Hesab edirəm ki, bu istiqamətlər peşə təhsili sistemində mühüm yer tutmalıdır. Digər mühüm istiqamətlərdən biri robototexnika və avtomatlaşdırılmış sistemlərin texnikləri ixtisasıdır. Müasir sənaye müəssisələrində və logistika mərkəzlərində robotların, avtomatlaşdırılmış istehsal xətlərinin və konveyer sistemlərinin sazlanması, təmiri və proqramlaşdırılması üzrə mütəxəssislərə ciddi ehtiyac yaranır.

Bununla yanaşı, kibertəhlükəsizlik üzrə texniki mütəxəssislərin hazırlanması da xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal infrastrukturun ilkin səviyyədə qorunması və şəbəkə təhlükəsizliyinin təmin edilməsi məhz bu sahənin peşəkar kadrlarının üzərinə düşəcək. Çox vacib istiqamətlərdən biri də ağıllı kənd təsərrüfatı texnikləri ixtisasıdır. Aqrar sektorda dronların idarə olunması, avtomatlaşdırılmış suvarma sistemlərinin tətbiqi, sensor texnologiyalarına xidmət göstərilməsi baxımından bu ixtisas gələcəkdə ən çox tələb olunan peşələrdən birinə çevriləcək. Həmçinin alternativ enerji sistemlərinin quraşdırıcıları ixtisası da xüsusi əhəmiyyət kəsb edir. Yaşıl enerji keçidi fonunda günəş panellərinin, külək turbinlərinin və digər alternativ enerji sistemlərinin quraşdırılması, idarə olunması və texniki servisinin həyata keçirilməsi üçün peşəkar kadrlara ehtiyac artacaq. Hətta mən düşünürəm ki, qalıq yanacaqlardan mərhələli şəkildə imtina prosesi fonunda, hansı ki, dünya ölkələri bununla bağlı konkret öhdəliklər götürüblər, məsələ təkcə günəş və külək enerjisi ilə məhdudlaşmayacaq. Gələcəkdə formalaşacaq yeni alternativ enerji mənbələri üzrə də yüksək ixtisaslı kadrlara ehtiyac yaranacaq. Buna görə də peşə məktəbləri indidən bu dəyişikliklərə hazır olmalıdır”.

Sonda mütəxəssis vurğulayıb ki, ölkədə peşə təhsilinin perspektivinə kifayət qədər nikbin baxır və düşünür ki, məhz təhsilin bu pilləsinin inkişaf etdirilməsi naminə genişmiqyaslı islahatlara hər zaman ehtiyac var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 İyul 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see636

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see361

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see332

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see252

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see244

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see242

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see227

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see222

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see221

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see211

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see203

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see197

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see195

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see193

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see192

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see188

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see182

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see179

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see171

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri