Peşə təmayüllü siniflərdə 13 min şagird təhsil alacaq
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İlk il 20 məktəbi əhatə edən "Peşə təmayüllü siniflər" layihəsi hazırda 327 məktəbdə tətbiq olunur".
Bakıvaxtı.az xəbər verir ki, bunu "Peşə təmayüllü siniflər" layihəsinin rəhbəri Arif Pənahov deyib.
Onun sözlərinə görə, layihə hazırda 9 mindən çox şagirdi əhatə edir: “Bu gün peşə təmayüllü siniflərdə 9 mindən artıq şagird təhsil alır. Yaxın dövrdə əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur, 13 min şagirdi əhatə etməyi planlaşdırırıq”.
Layihə rəhbəri qeyd edib ki, hazırda peşə təmayüllü siniflər üzrə 16 ixtisas mövcuddur: “İxtisaslar əsasən təmir-tikinti, xidmət və kənd təsərrüfatı istiqamətlərini əhatə edir. Bəzi ixtisaslara maraq xüsusilə yüksəkdir. Ən çox tələbat informasiya və kommunikasiya texnologiyaları, aşpaz və qənnadçı ixtisasları üzrədir.
Hazırda məzunlarla bağlı məlumat bazası hazırlanır və onların hansı istiqamətlərdə fəaliyyət göstərdikləri müəyyən ediləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 28 Yanvar 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















