Icma.az
close
up
RU
Siniflərdə şagird sayı azaldılmalıdır Ekspert

Siniflərdə şagird sayı azaldılmalıdır Ekspert

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bir sinifdə 30-dan çox şagirdin olması təlim prosesinin keyfiyyətinə birbaşa təsir edən amildir. Çünki orta ümumtəhsil məktəblərində tədris yükü, fənn proqramlarının həcmi və müəllim-şagird ünsiyyətinin intensivliyi nəzərə alındıqda, böyük komplektli siniflər müəllimin fərdi yanaşmasını məhdudlaşdırır, şagirdlərin sosial-emosional dinlənilmə imkanlarını azaldır və ümumi nəticələrə neqativ təsir göstərir".

Bunu Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Metbuat.az-a açıqlamasında bildirib.

O, qanunvericiliyin də bu məsələyə diqqət yetirdiyini vurğulayıb:

""Ümumi təhsil haqqında” Qanunda və aidiyyəti normativ sənədlərdə sinif komplektləşməsi zamanı şagird sayının optimal həddə saxlanılması tövsiyə olunur. Məqsəd ondan ibarətdir ki, hər bir şagirdin təlimə cəlb olunması, qiymətləndirmədə obyektivlik və pedaqoji nəzarət effektivliyi təmin olunsun. Beynəlxalq təcrübə göstərir ki, Finlandiya, Estoniya, Sinqapur kimi yüksək nəticəli sistemlərdə siniflər orta hesabla 18–24 şagirddən ibarət olur. Bu model müəllimin sinfi tam idarə etməsinə, kritik düşünmə və layihə əsaslı tapşırıqların keyfiyyətlə icrasına şərait yaradır. Bizim reallıqda da məqsədəuyğun say 20–24 nəfər aralığıdır. Bu, həm müəllimə şagirdləri fərdi şəkildə tanımaq, həm də şagirdlərin diqqətini dərs prosesinə yönləndirmək baxımından optimal hədd hesab olunur".

Ekspert sinifdə şagirdlərin sayının tənzimləməsinin iki istiqamətdə aparılmalı olduğunu qeyd edib:

"İlk növbədə infrastruktur genişləndirilməlidir. Yeni məktəblərin tikilməsi, köhnə məktəblərin əlavə korpuslarla böyüdülməsi və mövcud məkanların səmərəli istifadəsi vacibdir. Həmçinin sinif komplektləşməsi qaydalarının gücləndirilməsinə ehtiyac var. Qeydiyyat, köçürmə və sinif bölgüsü zamanı normativlərin ciddi tətbiqi, məktəblərə əlavə pedaqoji ştat vahidlərinin ayrılması mütləqdir. Nəticə etibarilə, siniflərin şagird sıxlığını azaltmaq yalnız komfort məsələsi deyil, istehsal edilən təhsilin keyfiyyətinə birbaşa təsir göstərən strateji addımdır. Bu baxımdan sinif sayının normallaşdırılması təhsilin keyfiyyətinin yüksəldilməsi üçün vacib şərtdir".

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Noyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see297

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see285

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see269

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see259

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see256

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see255

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see253

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see248

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see238

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see236

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see229

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see223

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see213

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see190

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see189

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see188

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see187

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see181

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see174

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri