Icma.az
close
up
RU
Peşəsinə sadiq qəhrəmanlar

Peşəsinə sadiq qəhrəmanlar

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

20 iyun 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Lənkəran Regional Qaz İstismar İdarəsi Masallı Xidmət Sahəsində 20 iyun - Qaz Təsərrüfatı işçilərinin peşə bayramı günü münasibətilə “Peşəsinə sadiq qəhrəmanlar” mövzusunda tədbir keçirmişdir.

Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev 20 iyun - Qaz Təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.

Seyfəddin Əliyev Azərbaycan Prezidentinin 2006-cı il 12 iyun tarixli Sərəncamı ilə hər il iyunun 20-nin respublikamızda qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu bildirmiş, ölkəmizdə qaz təsərrüfatının yaranması, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən danışmışdır.

Seyfəddin Əliyev qeyd etmişdir ki, cəmiyyətin davamlılığı və inkişafı görünməyən, lakin həyati əhəmiyyət daşıyan sahələrin varlığına bağlıdır. Bu sahələrdən biri də qaz təsərrüfatıdır. Hər bir evdə yanan ocağın arxasında, qışın sərtində bizi istiliklə təmin edən sistemlərin arxasında, bir məqsədə sadiq qalan insanlar – qaz işçiləri dayanır. Onlar – əslində peşəsinə sadiq qəhrəmanlardır. Qaz sahəsində çalışmaq, yalnız texniki bilik və fiziki güc deyil, eyni zamanda yüksək məsuliyyət, diqqət və sədaqət tələb edir. Hər gün insanların təhlükəsizliyini təmin edən bu əmək sahəsinin əməkdaşları, çətin şəraitdə, bəzən soyuqda, yağışda və qaranlıqda belə, öz işlərini vicdanla yerinə yetirirlər. Onların əməyi ölkənin enerji sabitliyinin təməlidir.

Lənkəran Regional Qaz İstismar İdarəsi Masallı Xidmət Sahəsinin rəisi İxtiyar Seyfullayev ölkənin təbii qaz təsərrüfatı tarixindən danışıb və Azərbaycanda mavi yanacağın böyük potensialından tədbir iştirakçılarını məlumatlandırıb. “Ölkəmizdə qaz təsərrüfatının inkişaf tarixi ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsindən sonrakı dövrə təsadüf edir. Məhz ümummilli liderin göstərişləri əsasında, adıçəkilən sahədə böyük irəliləyişlər əldə edilib. Hələ ötən əsrin 70-ci illərində ölkə ərazisinin 85 faizinin təbii qazla təmin edilməsi müasir, müstəqil Azərbaycanın qaz təsərrüfatının inkişafına mühüm töhfə verib”.

Tədbirdə Zakir Eynullayev, Xalid Həsənov və başqaları çıxış edərək son dövrlərdə regionların qazlaşdırılması sahəsində görülən işlər barədə məlumat vermişlər.

Sonda 20 iyun - Qaz Təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə fəallıq göstərənlərə YAP Masallı rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr təqdim edilmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 İyun 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri