Peskov: ABŞ ın Kiyevə yardımı dayandırmaq qərarı sülhə təkan verəcək
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, bu qərarın təfərrüatları hələ müəyyənləşdirilməyib.
Turkustan.az xəbər verir ki, əgər ABŞ həqiqətən də Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlsə, bu, Kiyev rejimini sülh prosesinə doğru irəliləməyə sövq edə bilər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib və qeyd edib ki, təfərrüatları hələ öyrənmək lazımdır.
Martın 3-də “Reuters” Ağ Evin sözçüsünə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kiyevə bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib. Bu sərəncam çərşənbə axşamı gecəsi qüvvəyə minib. Pentaqonun sözçüsü də TASS-a bildirib ki, ABŞ Silahlı Qüvvələri Ukraynaya hərbi yardımı dayandırıb. Onun sözlərinə görə, bu, ABŞ-ın hazırda Ukraynada olmayan bütün hərbi texnikasına, o cümlədən təyyarə və gəmilərlə daşınan və ya Polşada tranzit zonalarda göndərilməsini gözləyən silahlara aiddir.
“Əlbəttə, hələ də detalları dəqiqləşdirmək lazımdır, lakin bu doğrudursa, bu, həqiqətən də Kiyev rejimini sülh prosesinə doğru sövq edə biləcək qərardır”-deyə, Kreml sözçüsü bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 04 Mart 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















