Kiyevə fasilə verməyəcəyik Peskov
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Rusiya Ukraynanın “yaralarını sağaltması” üçün fasilə verməyəcək.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh istəyir.
“Rusiya müvəqqəti atəşkəs deyil, əsrlər boyu davam edəcək sülh istəyir. Buna görə də hərbi əməliyyatlar davam edir, danışıqlar prosesi isə sülhə gətirib çıxarmalıdır”, – deyə Peskov qeyd edib.
Kreml sözçüsü Ukrayna ilə bağlı ABŞ-la aparılan müzakirələrin detallarını açıqlamağı məqsədəuyğun hesab etmədiklərini bildirib. O, Avropa ölkələrinin bəyanatlarının sülh prosesinə töhfə vermək istəmədiklərini göstərdiyini iddia edib.
Peskov Estoniyanın Rusiya ilə sərhəddə “divar” tikməsinə də münasibət bildirib. O deyib ki, tarix belə divarların onları tikənlərə yaxşı heç nə gətirmədiyini göstərir.
Estoniya və digər Avropa ölkələrinin Rusiyaya qarşı təxribat ittihamlarını isə “əsassız” adlandıraraq rədd edib.
Krım körpüsündəki zədələrə gəlincə, Peskov onların qiymətləndirildiyini və cüzi olduğunu bildirib. Ətraflı məlumatın Rusiyanın Nəqliyyat Nazirliyi tərəfindən veriləcəyini qeyd edib.
O, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin səmərəli işlədiyini iddia etsə də, genişmiqyaslı hücumlar zamanı heç bir sistemin obyektlərin təhlükəsizliyinə tam təminat verə bilməyəcəyini söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 16 Noyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















