Peskov: Budapeşt sammitinə hazırlıq hələ başlamayıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Budapeşt sammitinə tammiqyaslı hazırlıq hələ başlamayıb, hələ ki, komanda işi yoxdur.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putin-Tramp görüşünə hazırlıq haqqında danışarkən deyib.
Onun sözlərinə görə, Budapeştdə keçiriləcək sammitlə bağlı hələlik heç bir təfərrüat yoxdur.
Kreml sözçüsü Budapeşt sammitində Rusiyanın Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmağa və ABŞ-la ikitərəfli münasibətləri müzakirə etməyə ümid etdiyini açıqlayıb.
"Moskva Ukrayna nizamlanması ilə bağlı Vaşinqtonla əlaqəni davam etdirəcək. Ciddi iş aparılır. Rusiya və Putinin sülh yolu ilə nizamlanmaya dair mövqeləri ardıcıldır və bu hamıya məlumdur. Moskva Kiyevin ziddiyyətli bəyanatlarını sülh yolu ilə nizamlanmaya töhfə vermək deyil, əksinə prosesi çətinləşdirmək kimi görür".
Peskov onu qeyd edib ki, Putin və Trampın Orbanla yaxşı münasibətləri sammit yeri olaraq Budapeştin seçilməsinə töhfə verib.
Baxış sayı:118
Bu xəbər 20 Oktyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















