Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Göy bayraq Budapeşt göylərində!

Göy bayraq Budapeşt göylərində!

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın diplomatik iradəsi artıq bölgəsəl çərçivəni çoxdan aşıb. Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt Zirvəsi bunu bir daha göstərdi. Zirvə “qeyri-rəsmi” adlansa da, imzalanan Açıqlamanın (Bəyannamənin) məzmunu, verilən ismarıclar və göstərilən siyasi qətiyyət heç də qeyri-rəsmilik, qeyri-formallıqla yorumlanacaq qədər sadə deyildi.

Bu, mahiyyət etibarilə strateji dərinlikli və siyasi baxımdan qətiyyətli bir platformdur.

Açıqlamanın ən önəmli cəhətlərindən biri — əslində, bu dəfə ən çox gözlənilən siyasi jest — Quzey Kıprıs Türk Cümhuriyyətinə (KKTC) verilən dəstək oldu. TDT-nin bu addımı sadəcə diplomatik bir sayğıduyarlıq ifadəsi deyil, açıq şəkildə Türk dünyasının öz içindəki birlik və həmrəyliyi daha ciddi səviyyəyə daşımaq niyyətini göstərir. Budapeşt Açıqlamasında KKTC-nin təşkilata müşahidəçi statusunda verdiyi töhfələrin alqışlanması, Kıprıs məsələsinin ədalətli və həyat qabiliyyətli çözümünə çağırış — bu, uluslararası münasibətlər dilində açıq bir ismarıcdır: Təşkilat artıq səhnəyə yalnız müşahidəçi yox, gerçək siyasi aktor kimi çıxır.

Bu, bir başqa “zirvə”ni – Avropa Birliyi və Mərkəzi Asiya ölkələrinin yaxın aylarda keçirilmiş toplantısını da kontekstə gətirir. Həmin zirvənin (sammitin) yekun sənədində Kıprısla bağlı bənd, özəlliklə də Azərbaycan kimi öz suverenliyi uğrunda qətiyyətlə mübarizə aparmış bir dövlətin mövqeyindən baxdıqda, tamamilə əsassız və gerçəklikdən uzaqıydı. Bu, gerçəkçilərlə qeyriləri arasında yaranmış siyasi uçurumun növbəti örnəyidir.

Əlbəttə, Azərbaycan belə oyunları yaxşı tanıyır. Xatırlayaq ki, vaxtilə qardaş Qazaxıstan və Qırğızıstan KTMT üzvü olsa da, Ermənistanın Azərbaycanın əleyhinə olan isterik çağırışları bu platforumda “sıfır təsirli” olmuşdu. Bu gün isə eyni “sıfır təsirli”liik, AB-Mərkəzi Asiya zirvəsinin Kıprısla bağlı qətnaməsinə də aiddir. Yəni o qətnamənin Kıprıs bəndi diplomatik ədəbiyyatda rütubətə düşəcək və tarixə keçməyəcək kağızüstü cümlələr ola bilər…

Bu baxımdan, Azərbaycanın KKTC ilə bağlı uzun illərdir dəyişməyən (hətta, özümüzün torpaqlarımız işğal altında və necə deyərlər, əl-qolumuz bağlıykən belə!) qətiyyətli mövqeyi artıq Budapeştdə sərgilənən siyasi mövqe ilə dərindən səsləşir. Azərbaycan Prezidentinin çıxışı, TDT çərçivəsindəki bütün sürəclərdə fəal iştirakı, sülhə çağırışları ilə yanaşı, milli maraqların prinsipial şəkildə qorunması, həm də Türk dünyasının bütövləşməsinə verilən dəstəyi nümayiş etdirir.

Budapeşt Zirvəsinin digər önəmli ismarıcları da diqqətdən qıraqda qalmamalıdır:

Türkiyənin Suriyadakı sabitləşdirici rolunun dəstəklənməsi,
Qəzzaya humanitar yardım çağırışları,
Novruzun (Yenigünün) ortaq bayram kimi vurğulanması – bunların hər biri TDT-nin artıq yalnız etnik və mədəni bağlılıqla deyil, siyasi, humanitar baxımdan da koordinasiyalı mövqelər formalaşdırmağa başladığını göstərir.

Və ən nəhayət: TDT Katibliyinin büdcəsinin artırılması — bu, təşkilatın texniki imkanlarının gücləndirilməsi ilə yanaşı, Türk dünyasının gələcək güc mərkəzinə çevrilməsi yolunda önəmli infrastruktur addımıdır.

Budapeştdə səslənən ismarıclar, imzalananlar və qət edilənlər təkcə bu gün üçün deyil. Bu, XXI yüzilin əsl Türk Yüzilliyi olması üçün – Turan şahlanışı üçün atılan strateji addımların tərkib hissəsidir. Azərbaycan bu yolda, necə deyərlər, sözünü deyir, iradəsini də göstərir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 May 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see742

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see702

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see702

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see514

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see498

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see343

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see334

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see331

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see322

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see311
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri