Peskov: Danışıqlar üçün ilkin şərtlər yoxdur
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiya Ukrayna məsələsinin nizamlanması üzrə danışıqlar prosesinə açıq olaraq qalır, lakin hələlik onun davam etdirilməsi üçün zəruri ilkin şərtlər yoxdur”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı bildirib.
Peskov Vladimir Putinin sentyabrın 1-də Bişkekdə ŞƏT sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ukrayna üzrə danışıqlar qruplarının İstanbulda işini davam etdirməsi məsələsini müzakirə edib-etməyəcəyinə dair suala belə cavab verib:
“Biz belə danışıqlara açıq olduğumuzu qoruyub saxlayırıq. Təəssüf ki, hazırda onların davam etdirilməsi üçün zəruri ilkin şərtlərin olduğunu deyə bilmirik. Hələlik belə şərtlər yoxdur”.
Qeyd edək ki, Putin və Ərdoğanın görüşünün sentyabrın 1-də Bişkekdə keçiriləcək ŞƏT sammiti çərçivəsində baş tutması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Avqust 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















