Peskov: Moskva ilə Tehranın arasını vurmaq istəyirlər
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Kreml Rusiyanın İrana adekvat dəstək verməməsi ilə bağlı bəzi iddiaları təkzib edib.
Yenisabah.az interfax-a istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:
“İndi Moskva ilə Tehran arasında tərəfdaşlığı pozmaq üçün odun üstünə yağ tökmək istəyənlər çoxdur. Rusiya həqiqətən də İrana tutduğu aydın mövqeyi ilə dəstək verib. Təbii ki, biz İranla münasibətlərimizi daha da inkişaf etdirmək niyyətindəyik", - o qeyd edib.
Kremlin sözçüsü Moskvanın İsrail və Amerikanın İran ərazisinə zərbələri ilə bağlı mövqeyi və Suriyadakı vəziyyətlə paralel Bəşər Əsədin devrilməsinə dair müxtəlif müzakirələrə toxunub: “Bu müzakirələr, bəli, əlbəttə ki, olub və olacaq, bu qaçılmazdır”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi daha əvvəl demişdi ki, “İranın Rusiya ilə strateji tərəfdaşlıq sazişi olan ölkə kimi Moskvanın həm çoxtərəfli səviyyədə, xüsusən də BMT Təhlükəsizlik Şurasında, həm də regional səviyyədə fəal rolu ilə bağlı aydın gözləntiləri və mövqeyi var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 24 İyun 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















