Peskovdan qonşu ölkəyə ittiham: “Rusiyaya ərazi iddiası var”
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Litva Prezidenti Gitanas Nausedanın Kalininqrad vilayətinin mülkiyyəti ilə bağlı açıqlamaları Vilnüsün Rusiyaya ərazi iddialarının olduğunu göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Litva ölkəmiz üçün qeyri-dost, bizə düşmən olan dövlətdir, başqa şeylərlə yanaşı, göründüyü kimi, ərazi iddiaları da var. Bu, bizim dərin narahatlığımızı və dövlətimizin təhlükəsizliyinin təmin edilməsi üçün indiki və gələcək bütün tədbirləri əsaslandırır”, - Kremlin sözçüsü deyib.
Xatırladaq ki, bundan əvvəl Nauseda Kalininqradı “Litvanın tarixi şəhəri” adlandırmışdı.

Rusiyaya qarşı ərazi iddiası irəli sürüldü
10 Yanvar 2025 23:32
Trampın 3 ölkəyə ərazi iddiası Böyük müharibəyə hazırlıq
08 Yanvar 2025 19:11
Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edəcək? Peskovdan açıqlama
08 Noyabr 2024 14:43
Amerikalılar Rusiyaya raket zərbələri endirirlər Peskovdan KRİTİK AÇIQLAMA
21 Dekabr 2024 22:25
Üç ölkəyə qarşı ərazi iddiası: Bu dəfə ABŞdan gəldi
26 Dekabr 2024 16:48

