Icma.az
close
up
RU
Trampın 3 ölkəyə ərazi iddiası Böyük müharibəyə hazırlıq

Trampın 3 ölkəyə ərazi iddiası Böyük müharibəyə hazırlıq

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp iqtisadi təhlükəsizlik üçün ölkəsinə Panama və Qrenlandiyanın lazım olduğunu bildirib. O, Vaşinqtonun bu ərazilərə nəzarəti ələ keçirəcəyini istisna etməyib.

Ağ Evin bu addımı atması, beynəlxalq sistemdə yeni presedentin əsasını qoya bilər. Beləliklə, güclü olan dövlətlər özlərindən zəif ölkələrin ərazisini işğal etmək üçün rahatlıqla hərəkətə keçməyə başlayacaqlar. Burada məsələ həm də ABŞ-ın Sakit okeanda boğazlar uğrunda mübarizəni Çinə uduzması ilə bağlıdır. Çünki hazırda quru və su dəhlizləri uğrunda amansız mübarizə gedir. Mütəxəssislərin fikrincə, proses böyük müharibəyə ola bilər.

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Trampın Kanada, Qrenlandiya və Panamanın ilhaqı ilə bağlı verdiyi açıqlamalar ilk baxışdan ritorik görünür və daha çox “gündəmi zəbt” etmək xarakterlidir:

“Lakin ABŞ-ın qlobal iqtisadiyyatda mövcud vəziyyətinə, eləcə də Çinlə artan rəqabətinə nəzər yetirdikdə, fikrimcə, yeni prezidentin bu təhdidləri gələcək iqtisadi planlarla bağlıdır.

Panamanı ABŞ inşa edib, lakin bu kanalı ilhaq etmək üçün güc, yaxud siyasi təzyiq rıçaqlarından istifadə etmək Vaşinqtonun xarici siyasət prinsiplərinə uyğun gəlmir. Trampın əsl məqsədi Panamaya təzyiq göstərməklə kanaldan keçən ABŞ gəmiləri üçün ödənilən rüsumun ləğv edilməsi, yaxud minimuma endirilməsi ola bilər. Görünür, Vaşinqtonun yeni administrasiyasında, “Özümüzün inşa etdiyi kanaldan niyə ödənişli istifadə edirik?” yanaşması güclənib. Digər tərəfdən, Çinin Panamaya investisiya yatırması bu ölkə ilə rəqabət fonunda ABŞ-ı narahat edir”.


Asif Nərimanlı

Ekspert bildirib ki, Kanada ilə bağlı Trampın “51-ci ştat” açıqlaması Prezident İlham Əliyevin də dediyi kimi, trollinqə bənzəyir:

“Lakin məqsəd bu ölkəni ABŞ məhsullarını daha çox ixrac etməsinə imkan yaratmaq və iqtisadi güzəştlər əldə etmək ola bilər. Qrenlandiya isə ABŞ-a Arktika uğrunda gələcək müharibələr üçün lazımdır, istisna deyil ki, Vaşinqton belə təzyiqlərlə bu ölkə üzərində nəzarəti tamamilə əldə etmək niyyətindədir”.

Rövşən Rza
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri