Peter Macyar Brüsseldə Aİ rəhbərliyi ilə danışıqlar aparacaq
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Budapeşt, 29 aprel, AZƏRTAC
“Tisa” partiyasının lideri və Macarıstanın gələcək Baş naziri Peter Macyar Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri ilə danışıqlar aparmaq üçün Brüsselə yola düşüb.
AZƏRTAC “İndeks” nəşrinə istinadla xəbər verir ki, siyasətçinin sözlərinə görə, səfərin məqsədi Macarıstan üçün “dondurulmuş” Aİ fondlarına çıxışın bərpasını müzakirə etməkdir. O, “güclü mandat” aldığını və ölkəyə borclu olan resursların geri qaytarılmasını təmin etmək niyyətində olduğunu vurğulayıb.
Macyarın, həmçinin gələcək xarici işlər naziri Anita Orbanla birlikdə səfərdə olduğu bildirilir.
Hazırda Aİ-nin Macarıstana maliyyələşdirilməsinin əhəmiyyətli bir hissəsi hələ də bloklanıb. Bu, bərpa fondu və birlik fondlarından vəsaitlər də daxil olmaqla təxminən 17 milyard avro təşkil edir.
Brüsseldəki danışıqların yeni hökumətin Aİ qurumları ilə münasibətləri normallaşdırmaq və maliyyələşdirməni açmaq səylərində əsas addım olacağı gözlənilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 29 Aprel 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















