Peter Mixalko: Qarabağda davam etməkdə olan bərpa quruculuq işlərindən çox təsirləndik
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Şuşa, 21 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Şuşada olmaq çox gözəldir. Bura Azərbaycanın gözəl yerlərindən biridir. Ölkənin bütün ərazisində olduğu kimi, Qarabağa səfərimiz zamanı da bir çox gözəl yerlərin şahidi oluruq. Qarabağda davam etməkdə olan bərpa-quruculuq işlərindən çox təsirləndik.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında diplomatik korpus nümayəndələrinin işğaldan azad edilən Şuşaya səfəri zamanı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko söyləyib.
“Sakinlərin öz yurdlarına geri qayıtdığını, eyni zamanda, tikinti işlərinin davam etdiyini görürük. Avropa İttifaqı regiondakı sülh şəraitinə və minatəmizləmə prosesinə dəstəyini göstərir. Hansı ki, bu proses sakinlərin öz yurdlarına geri qayıtması, onların təhlükəsiz və firavan həyat üçün ilk vacib məqamlardır”, - deyə səfir bildirib.
Baxış sayı:82
Bu xəbər 21 İyun 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















