Peter Mixalko: Qarabağda yenidənqurma prosesinin gedişatı bizi heyran edir
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bu gün Şuşada olmaq çox xoşdur. Bura Azərbaycanın gözəl yerlərindən biridir. Mən dəfələrlə Qarabağa səfər etmişəm və hər dəfə ölkənin digər bölgələrində olduğu kimi, burada da çox gözəl yerlərlə qarşılaşmışam".
Bunu Teleqraf-ın Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
“Eyni zamanda, Qarabağda yenidənqurma prosesinin gedişatı bizi heyran edir. Görürük ki, insanlar geri qayıdır, həyat yenidən başlayır, tikinti və bərpa işləri davam edir. Avropa İttifaqı da regionda sülhə töhfə verir, o cümlədən insanların qayıdışı və onların təhlükəsiz, firavan həyatı üçün zəruri olan minatəmizləmə prosesinə dəstək göstərir”, - o əlavə edib.
Baxış sayı:41
Bu xəbər 21 İyun 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















