“Petkim” Türkiyədə “İxracatın ulduzları” siyahısında birinci olub
Report.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim” neft-kimya kompleksi 2024-cü ildə Egey İxracatçı Birlikləri tərəfindən “İxracatın ulduzları” siyahısında növbəti dəfə birinci yerə layiq görülüb.
Bu barədə “Report” “SOCAR Turkiye”yə istinadən xəbər verir.
Məlumata əsasən, “Petkim” neft-kimya kompleksi həm ümumi sıralamada, həm də kimya sektoru kateqoriyasında bu il də liderliyini davam etdirərək böyük bir uğura imza atıb. Mükafat “Petkim”in Baş direktoru Kənan Mirzəyevə təqdim edilib.
Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir. İndiyənədək Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya obyekti olan “Petkim”in təkmilləşdirilməsi üzrə işlərə 1,6 milyard ABŞ dolları həcmində investisiya qoyulub.
“SOCAR Turkey” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. “Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 16 Yanvar 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















