Icma.az
close
up
RU
Petkim 48 ölkəyə ixracat həyata keçirir

Petkim 48 ölkəyə ixracat həyata keçirir

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kənan Mirzəyev: "Petkim" Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsidir"

""Petkim" 48 ölkəyə ixracat həyata keçirir. "Petkim" Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsidir". AYNA xəbər verir ki, bu sözləri İstanbulda keçirilən illik mətbuat konfransında "SOCAR Türkiyə"nin Emal və neft-kimya biznes vahidinin rəhbəri Kənan Mirzəyev deyib.

Onun sözlərinə görə, "Petkim"in 15 əsas istehsal müəssisəsi 3,6 milyon ton maksimum istehsal gücünə malikdir və burada 60-a yaxın müxtəlif növ məhsul istehsal olunur:  ""Petkim" Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının təxminən 10,8%-ni qarşılayır. İşçilərin sayı 2.446 nəfərdir. Podratçılar da daxil olmaqla ümumi məşğulluq 5.000 nəfərdən çoxdur." 

""Petkim" 2020-ci ildə Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” platformasıma seçilib. 2022-ci ilin sonunda Petkim 6,5 milyard TL ilə 58 illik tarixinin xalis mənfəət rekordunu qırıb.  2023-cü ildə "Petkim" TİM-in (Türkiyə İxracatçılar Məclisi) “Ən Yaxşı 1000 İxracatçı” siyahısında 40-cı yeri tutub. Bərpa olunan enerji potensialından səmərəli istifadə məqsədilə 2017-ci ildə 51 meqavat gücündə “Petkim" Külək Elektrik Stansiyası” (KES) istifadəyə verilib. "Petkim" 2023-cü ildə Egey Zonası Sənaye Palatasının (EBSO) “100 Ən Böyük Şirkət” siyahısında üçüncü yeri tutub. Egey İxracatçıları Birliklərinin (EIB) "2023 İxracatın Ulduzları" siyahısına görə "Petkim" həm ümumi, həm də kimya  kateqoriyasında birinci olub.  "Petkim", İstanbul Sənaye Palatasının (İSO) hazırladığı "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2023" siyahısında istehsaldan satışa görə 35,9 milyardlıq satışla 30-cu sırada yer alıb.
"Petkim", Türkiyənin ən böyük 500 şirkətinin sıralandığı “FORTUNE 500 Türkiyə 2023” araşdırmasında 36-cı yeri tutub. Capital jurnalının hər il nəşr etdiyi və Türkiyənin ən böyük şirkətlərini siyahıya alan “Capital 500” siyahısında Petkim 2023-cü ildə 48-ci yerdə qərarlaşıb", deyə qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri