Petrosyan Köçəryan və Sarqsyanla blok yaratmayacaq
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Levon Ter-Petrosyanın lideri olduğu "Erməni Milli Konqresi" keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın siyasi qüvvələri ilə blok yaratmaq niyyətində deyil.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə partiya sədrinin müavini Levon Zurabyan Baş nazir Nikol Paşinyanın impiçmenti mövzusunda keçirilən dinləmələr zamanı bildirib.
O, "Ermənistan" və "Şərəfim var" blokları ilə birləşməyə hazır olmadığını "Milli böhran və idarəetmənin iflası haqqında" bəyanatın qəbulu ilə bağlı keçirilən dinləmələrdə deyib.
Daha əvvəl Ermənistanın keçmiş hakim Respublika Partiyası (parlamentdə "Şərəfim var" fraksiyası ilə təmsil olunur) Paşinyana qarşı etimadsızlıq votumu prosesini başlatmaq planları barədə bildirərək Masis şəhərinin meri David Ambartsumyanı namizəd kimi təqdim etmişdi.
İmpiçment prosedurunu başlatmaq üçün 36 deputatın imzası, uğurlu səsvermə üçün isə 107 səsdən minimum 54 səs tələb olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 26 Sentyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















